İki məktəbli qız saxlanıldı – 9 nəfəri öldürmək istəyirlərmiş…

543

BİA.az ABŞ-ın Florida ştatında polis 9 nəfəri öldürməyi planlaşdıran iki məktəbli qızı həbs edib.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilir ki, məktəblilərin 14 yaşı var, onların kimliyi hələlik açıqlanmır.

Qızların müəllimi onlarda şübhəli qovluq aşkarlayıb. Qovluqda məktəblilərin 9 nəfəri öldürmək istəmələrinə dair şübhələr yaradan yazılar olub. Bundan sonra qızlar saxlanılıb və istintaq məsuliyyətinə cəlb ediliblər.