70 yaşlı kişi bıçaqlandı

300

BİA.az Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

1949-cu il təvəllüdlü Yanıqlı kənd sakini Tağıyev Cəlal Səməd oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.