SƏHİYYƏMİZ YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏDİR

600

SƏHİYYƏMİZ YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏDİR

 

 

 

 

Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.
Səhiyyə sektorunda davamlı və kompleks islahatların həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev hələ illər öncə hakimiyyətə gələrkən səhiyyə bölməsində uzunmüddətli dinamik inkişafa səbəb olan islahatların dərin təməllərini yaradıb. Ulu öndər hakimiyyətinin bütün mərhələlərində səhiyyə sisteminin inkişafına xüsusi diqqət və qayğı göstərib. Bunun nəticəsində Azərbaycan səhiyyəsi bütün xidmət növlərinin keyfiyyət göstəricilərinə görə bu gün bir çox respublikalardan irəlidə dayanıb.
Son illər Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət isə bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir. Tibb müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqlarla təmin olunması, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunması, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların ana xəttini təşkil edir.
Səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidənqurması sahəsində yola saldığımız 2018-ci ildə də böyük işlər həyata keçirilib.
Son illərdə əldə edilmiş dinamik inkişaf ölkə üzrə göstəriciərinin ən vacibi olan demoqrafik və tibbi statistik göstəriciərinin yaxşılaşması üçün güclü zəmin yaratmışdır. Həyata keçirilən bu və digər genişmiqyaslı tədbirlər nəticəsində xəstəxana çarpayılarının işinin səmərəsi əhəmiyyətli dərəcədə artaraq, onların məşğulluq göstəricisi son 15 il ərzində 6 dəfə yüksəlmişdir. İl ərzində ambulator müraciətlərin sayı da artaraq 2009-cu ildən bəri 90 % çoxalmışdır.
Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olmuşdur. Bunlardan, ana və uşaqların sağlamlığı, şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm və sair prioritet sahələr üzrə hal-hazırda 11 dövlət proqramı çərçivəsində işlər davam etdirilir.


Son illər ərzində vətəndaşlara tibbi xidmət göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilmiş, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılmışdır. Respublikamızda həyata keçirilən tədbirlərin nəticəsində əhalinin sağlamlığını xarakterizə edən göstəricilərdə də müsbət dinamika əldə edilmişdir.
Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir.
Bu gün Respublikada nəinki idarəolunan, eləcə də bir sıra digər infeksiyaların profilaktikası üzrə nəzərəçarpan nailiyyətlər qazanılmış və respublikada epidemioloji sabitlik təmin edilmişdir. Profilaktik peyvənd işlərinin beynəlxalq təcrübəyə əsaslanaraq təkmilləşdirilməsi nəticəsində, hətta Avropa ölkələri arasında müasirliyi ilə seçilən milli peyvənd təqviminə əsasən uşaqlar 11 xəstəliyə qarşı peyvənd edilirlər.
Son illərdə dərmanların keyfiyyətinə nəzarət, saxta dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Belə ki, Respublikada fəaliyyət göstərən apteklərə mütəmadi olaraq baxış keçirilir, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr barədə tədbir görülür.
Səhiyyəmizin tərkib hissəsi olan özəl səhiyyənin inkişafı da 2018-ci ildə nazirliyin diqqət mərkəzində olmuşdur.
Cari il ərzində tibb müəssisələrinin və səhiyyə işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların ərizə və müraciətləri əsasında araşdırmalar aparılaraq müəyyən tədbirlər görülmüşdür.
Bütün bunlar 2018-ci ilin səhiyyəmiz üçün uğurlu keçdiyini deməyə əsas verir. Azərbaycan səhiyyəsi inamlı addımlarla irəliyə doğru gedir. Bu sahədə qazanılan uğurlar gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün ruhlandırır. Bunu üçün də ölkə başçısı İlham Əliyev cənablarına xəstəxanımızın kollektivi adından öz dərin təşəkkürümüzü bildirirəm.

Muxtar Əhmədov

Bilgəh” kardioloji sanatoriyasının baş həkimi

 

 

Baş direktor: Həsənov Hacı Ruslan Şamməd oğlu

Tel.: 070-200-33-85