Azərbaycanda ən yaşlı tələbə 430 manat təqaüd alır

557

BİA.az Azərbaycanda ən yüksək təqaüdü alan ən yaşlı tələbə  Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alır. O, Filologiya fakültəsinin ikinci kurs tələbəsi – 50 yaşlı Əfsəl Qazıyevdir.

Bu barədə məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşılıb. Əfsəl Qazıyev 430 manat təqaüd alır:

* 130 manat – Əlaçı təqaüdü
* 200 manat – Rektorun əmri ilə ən yaşlı tələbə təqaüdü
* 100 manat – 6 fəndən 100 bal aldığına görə.