YÜKƏSK PEŞƏKARLIQ-Vətənə və xalqa sədaqət andı

309

YÜKƏSK PEŞƏKARLIQ-Vətənə və xalqa sədaqət andı

Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü elmə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən alim camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu keçənlərdən biri də İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin direktoru, polkovnik Anar Məmmədovdur.

Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Belə tibb ocaqlarından biri də İxtisaslaşdırılmış Müalicə Müəssisəsidir. Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağanda məhkumlara xidmət göstərilməsi üçün hər cür şərait vardır. Yüksək standartlara cavab verən bu xəstəxana geniş quruculuq və abadlıq işləri görülmüşdür. Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır. Polkovnik Anar Məmmədov xəstə dütaqlara hər cür qayğı və diqqət göstərir, məhkumlara düstaq kimi yox, bir insan kimi yanaşır. Onları dərman və pereparatlarla təmin edir, sağlamlıqları qotunması üçün əlindən gələnini əsirgəmir. Sağlamlıq üçün əhəmiyyət kəsb edən bu müəssisədə həkim və tibbi heyətin həm peşəkarlığını, həm təcrübəli olmalarını, eyni zamanda da xəstələrə göstərdikləri diqqət və qayğını görüb, bu haqda yazmağı qərara aldım. Çünki, yaxşılara yaxşı demək vicdan borcumuzdur. Bu nöqteyi-nəzərdən belə insanların, mən deyərdim ki, şəxsiyyətlərin tanınması vacibdir.

İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin direktoru Anar Məmmədov ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. Anar Məmmədov sanki İlahi bir qanunun keşiyində duraraq xalqına, millətinə, dövlətinə layiqincə xidmət edir. Anar müəllim Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətini dəstəkləyərək vətəndaşlıq borcunu yüksək səviyyədə icra edir. Anar müəllim kollektiv arasında da böyük nüfuza malikdir, böyük idarəçiliyi ilə heç bir tibb personajın qəlbinə dəymədən onlarla birlikdə çalışır. Əsl hümanistlik məhz Anar Məmmədovda öz əksini tapır.

Bir sözlə İxtisaslaşdırılmış Müalicə Müəssisəsi bir şəfa ocağı olaraq başda polkovnik Anar Məmmədov olmaqla şərəflə işinin və peşəsinin öhdəsindən gəlirlər.
Bu cəhətdən mən İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin direktoru polkovnik Anar Məmmədova və digər tibb personajına dərin münnətdarlığımı bildirirəm, belə rəhbər və tibb işçilərimizin olmağı ilə fəxr duyuram. Bu cür tibbi heyət xalqını sevən, ona qayğı göstərən əsl vətəndaşlıqdan əlavə, ən yüksək təltiflərə layıqdirlər. İşlərinizdə daim uğurlar arzulayıram.

 

Şahmar Zərdabi

Baş redaktor