PENİTENSİAR XİDMƏTİN 6 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNİN RƏİSİ HAQDA ŞOK İDDİALAR

604

PENİTENSİAR XİDMƏTİN 6 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNİN RƏİSİ HAQDA ŞOK İDDİALAR

“Cəzaçəkmə Müəssisələrində məhkumlardan alınan pullardan, baş verən korrupsiyadan, rüşvətdən Ədliyyə naziri Fikrət Məmmədovun və Baş Prokurorluğun xəbəri yoxdurmu?”

 

– Ədliyyə Nazirliyinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudov kimdir?

– Sözügedən Cəzaçəkmə Müəssisəsində nələr baş verir?

Bildirirk ki, 6 saylı Cəzaçəmə Müəssisəsində mindən artıq məhkum var. Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudov əslən şəkilidir, Baş nazirin sabiq müavini Abid Şərifovun qızının əridir. Üstəlik, Ədliyə naziri Fikrət Məmmədovun özünün yaxın qohumudur. İxtisasca, ali təhsilli həkim-cərrahdır. Ədliyyə Nazirliyi sistemində “Dollar Məmməd” və yaxud da “Cərrah-cəllad Məmməd” kimi tanınır. O, 8 ilə yaxın müddətdir ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində rəis vəzifəsində çalışır. Hansı ki, Ədliyyə Nazirliyi tarixində heç bir rəis bir müəssisədə 5 ildən artıq rəhbər vəzifədə işləməmişdir.

Mənbədən daxil olan məlumata əsasən düstaqlara gələn pullardan hər 100 manata 10 manat rəisə çatır. Müəssisəyə gətirilən yeni düstaqları karantindən zona köçürülməsinin ayrıca “tas” qoyulub, məbləği rəis özü təyin edir, 300,500, 1000 manat arasında dəyişir. Bu da zonda yaradılmış “şərait”dən asılıdır. Hətta, Məmməd Mahmudov cəzaçəkmə müəssisəsində ayrıca özünə “ölkə” yaradıb.

Hal-hazırda cəza çəkən elə bir məhkum tapmaq olmaz ki, Məmməd Mahmudov ondan rüşvət almamış, yaxud da o məhkumu pul üstündə işgəncəyə məruz qoymamış olsun.

Həmçinin, 8 ildə elə bir məhkum ailəsi ola bilməz ki, məhkumla uzunmüddətli görüşdə olması ilə bağlı Məmməd Mahmudova pul ödəməmiş olsun.

Məmməd Mahmudov cəzaçəkmə müəssisəsinə rəhbərlik etdiyi vaxtdan elə bir məkum tapmaq olmaz ki, qohumları, dostları, valideynləri onunla görüşə gəldikdə Məmməd Mahmudovun  təyin etdiyi adamlar onlardan pul almamış olsun.

Məmməd Mahmudov yeganə rəisdir ki, məhkumlardan məcburi qaydada su, işıq, qaz pulu yığdırır.

O, yeganə rəisdir ki, onun rəhbərlik etdiyi Cəzaçəkmə Müəssisəsində tualet, hamam, telefon pulludur. Məhkumlardan yemək, yatmaq pulu yığdırır, məhkumlara ayrılan ərzağı və dərman peraparatlarını onların özlərinə pulla satdırır.

Bizi izləyin. Məmməd Mahmudovun sərvəti haqqında sizi tanış edəcəyik.

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.