BİA.az Azərbaycanın şimal rayonlarına qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ən aşağı temperatur Quba rayonunun Qırız və Xınalıq kəndində qeydə alınıb.
Ən çox yağıntı da Qubanın Qırız kəndinə düşüb. Hazırda bu kənddə 6 santimetr qalınlıqda qar var. Xınalıq kəndinə 4, Xaltana 3, Qubanın rayon mərkəzinə isə 1 santimetr qalınlıqda qar yağıb.
Xızının Altıağac qəsəbəsində isə qarın qalınlığı 4 santimetrdir.
Lerik rayonuna güclü qar yağıb. Bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilib ki, rayon ərazisinə qar aprelin 19-dan yağmağa başlayıb:
“Şəhər ərazisində qarın hündürlüyü 3-4 santimetr, dağlıq ərazilərdə isə 10-15 santimetrə çatıb. Hazırda qar yağmaqda davam edir”.
İsra Hakimiyyətindən onu da bildiriblər ki, qarın yağması rayon ərazisində güclü şaxta ilə nəticələnməsə də, təsərrüfata ziyansız ötüşməyib: “Yağan qarın əsasən çiçəkləyən meyvə ağaclarına ziyan vurduğunu deyə bilərik. Yolda, kəndlərlə əlaqədə heç bir problem yaranmayıb”.