Müdrik lider, böyük sərkərdə PREZİDENT İLHAM ƏLİYEV

308

Müdrik lider, böyük sərkərdə PREZİDENT İLHAM ƏLİYEV

Hörmətli cənab Prezident! Müzəffər Ali Baş Komandanımız!

2003-cü ildə ilk dəfə dövlət başçısı seçiləndə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik dəyərlərini uca tutaraq bəyan etdiyiniz böyük hədəflərə çatmaq üçün həm beynəlxalq miqyasda, həm də ölkə daxilində ardıcıl siyasət həyata keçirirsiniz. Ölkəmizi bugünkü qələbəyə çatdıran Güclü Dövlət Konsepsiyasının gerçəkliyə çevrilməsi bu siyasətin möhtəşəm təntənəsini nümayiş etdirir. Bu böyük yolda ən böyük enerji qaynağı Dövlət-Xalq birliyi və bütövlüyüdür. Vətən müharibəsində şanlı Ordumuzun dünyaya nümunə olan qəhrəmanlığının və şanlı zəfərinin başlıca ilham mənbəyi də bu birlik və bütövlükdür. Sizin rəhbərliyinizlə ölkəmiz qısa müddət ərzində böyük tarixi yol qət etmiş, möhtəşəm uğurlar qazanmışdır.

Elan etdiyiniz və uğurla davam edən iqtisadi və siyasi islahatlar tərəqqi yolu ilə yeni zirvələrə doğru irəliləyən Azərbaycan dövlətinin daha da güclənməsi üçün etibarlı təməl təşkil edir. Ölkəmizdə həyata keçirilən sosial siyasət hər bir vətəndaşın həyat səviyyəsinin yüksəlməsinə, Azərbaycanın sosial dövlət kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti kimi ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafında böyük xidmətləriniz ölkəmizin hər bir vətəndaşı üçün qiymətlidir.

Siz 44 günlük Vətən müharibəsi nəticəsində doğma torpaqlarımızı mənfur düşmənin işğalından azad etməklə bizə elə böyük xoşbəxtlik bəxş etdiniz ki, bunu sözlə ifadə etmək mümkün deyil. Bu günlərdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər etməklə bizə növbəti dəfə sevincli və qürurlu anlar yaşatdınız. Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümünü Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə qeyd etməyiniz bizim üçün xüsusi önəm kəsb edən hadisədir. Siz bizi ən böyük arzumuza qovuşdurdunuz. Allah Sizdən razı olsun.

Möhtərəm Prezident, Qarabağımız işğaldan azad ediləndən dərhal sonra orada bərpa və yenidənqurma işlərinin başlanılması ilə bağlı tapşırıqlarınız, bu işlərə bilavasitə nəzarət etməyiniz, tədbirlərdə şəxsən iştirakınız doğma yurd-yuvamıza tezliklə qayıdacağımıza olan inamımızı daha da möhkənləndirdi. Biz Sizə güvənirik, Sizinlə fəxr edirik. Hər zaman Sizin arxanızdayıq, yürütdüyünüz siyasəti daim dəstəkləyəcəyik.

Çox qürur hiss ilə deyə bilərəm ki, məhz Sizin sərkərdəliyinizlə Vətən Müharibəsində şanlı zəfər qazanan xalqımızın qələbə sevinci ilə yaşadığı, qurub-yaratdığı, öz tarixinin yeni mərhələsinə qədəm qoyduğu bir şəraitdə Sizi ad gününüz münasibətilə təbrik etmək xüsusi rəmzi məna daşıyır.

Sizi doğum günü münasibətilə təbrik edir, Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyirəm.

 

Hacı Məhərrəm Novruzov

“Qurtuluş-93” yaşayış kompleksinin rəhbəri