“Ovçular ət və ət məhsulları” MMC: HALALLIĞIN VƏ KEYFİYYƏTİN TƏK ÜNVANI

508

“Ovçular ət və ət məhsulları” MMC: HALALLIĞIN VƏ KEYFİYYƏTİN TƏK ÜNVANI

İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.Azərbaycanımızın müstəqillik qazandığı illər ərzində sözün həqiqi mənasında mükəmməl bizneslər qurmuş sahibkarlar – biznesmenlər olub və bu insanlar barədə danışmaq çox vacibdir.Belə ki, insanların artan tələbatlarını ödəyə bilmək, mövcud resurslardan səmərəli istifadə etməklə əhalinin yaşayış səviyyəsini yüksəltmək müasir dövr iqtisadiyyatının əsas prioritetlərindəndir.Sahibkar cəmiyyətin lokomotivi, iqtisadi rifahın əsas səbəbkarıdır və mən əminəm ki, indi adını çəkəcəyim şəxs ölkəmizdə biznes üçün bir məktəb, gənc sahibkarlar üçün isə bir kumir rolunda olmalıdırlar.

Doğrudan da, insan çalışdığı sahənin mahiyyətini dərindən anladıqda və məsləkinə sadiq qaldıqda harada işləməsindən asılı olmayaraq əldə etdiyi nəticələr uğur ünvanlı olur.“Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi Səməd Cəfərovun həyat yoluna nəzər saldıqda fikrimizdə nə qədər doğru olduğumuzu bir daha anladıq. İstənilən bir məqsədə çatmaq üçün kifayət qədər iradə sahibi olmaq lazımdır. İradə elə bir keyfiyyətdir ki, o istedaddan da güclüdür. İstedad insana təbii şəkildə verilən qabiliyyətdirsə, iradə xırda maraqlar, mənasız istəklər üzərində qələbədir. məhz öz iradəsi sayəsində öz yolunu tapdı, iradəsi sayəsində öz işlərini hər zaman tərifəlayiq gördü. Adətən rəhbər vəzifələrdə işləyənlərlə bağlı “Yaxşı adam” ifadəsi çox az işlədilir. Bəs niyə ona yaxşı adam deyirlər? Harada, hansı vəzifədə işləyibsə onu bu adla çağırıblar. Başqa bir adla çağırmaq olmazdımı? Əlbəttə olardı. Ancaq xalq seçim edəndə yanılmır. Səməd Cəfərov heç bir təqdimatsız, heç bir mübaliğəsiz və nəhayət heç bir tapşırıqsız özü üçün əməllərinə, şəxsiyyətinə, qabiliyyətinə yaraşan bir ad qazanıb və bu adı zaman-zaman qoruyub saxlayır. Xalqın rəğbətini qazanmaq, təmiz adı qoruyub saxlamaq o qədər də asan deyil.

“Ovçular ət və ət məhsulları” MMC 1992-ci ildən ilk dəfə Azərbaycanda ət məhsullarının emalı üzrə ixtisaslaşmış müəssisə kimi fəaliyyətə başlamışdır.


Sahibkar təkcə öz mənfəəti üçün deyil, həm də biznesi ilə digər insanlar üçün faydalı ola bilirsə, bu zaman o, işində uğur qazanacaqdır.Ona görə də “Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi Səməd Cəfərov hər bir işində hər zaman uğur qazanıb.

“Ovçular ət və ət məhsulları” MMC-nin istehsal etdiyi məhsullar ölkənin kolbasa, sosis və digər ət məhsullarının keyfiyyətinə olan şübhələrə «Yox!» deməyə tam zəmanət verir.

Etiraf edək ki, Azərbaycanda son illər sahibkarlığın inkişafına yaşıl işıq yandırılması kolbasa məhsulları istehsalında yaranmış şəraitdən sui-istifadə halları artmağa başladı. Ola bilsin ki, ciddi baytarlıq nəzarətinin olmaması gizli sexlərdə kolbasa və sosiska məhsullarının istehsalında keyfiyyətsiz və ucuz ətlərdən istifadə edilmə halları artdı. Lakin həmin «işbazlar» unutdular ki, indi çeşid və seçim imkanı çox olduğundan bu keyfiyyətsiz məhsullara bir-iki dəfə aldanan istehlakçı növbəti dəfə yeni məhsulların ünvanını axtarmaq məcburiyyətində qalacaq… Və son vaxtlar Kənd Təsərrüfatı Nazirliyi Nəzdində Dövlət Baytarlıq Xidməti əməkdaşlarının tonlarla mənşəyi məlum olmayan murdar at və ya mal… ətlərinin satışı ilə məşğul olanların tutulub istintaqa cəlb edilməsini ictimailəşdirdikcə əhalidə kolbasa və sosis məhsulları istehsalçılarının bazarına istər-istəməz böyük zərbə vurmalıydı. Axı, xüsusən də Bakının adını çəkmədiyimiz, amma əksəriyyətin tanıdığı kolxoz bazarlarında, pal-paltar satılan «tolkuçka»larda, küçələrdə, kənd təsərrüfatı məhsullarının küçə yarmakalarında – tozun-torpağın içində su qiymətinə kolbasa və sosiska satılmasını görən istehlakçını necə inandırmaq olar ki, bu məhsulların içində həmin murdar ətlərdən yoxdur?!
Amma nə yaxşı ki, bu pislərin içində yaxşılar da az deyil. Zənnimcə, elə bu pislərin «yaxşılığı» da elə ondadır ki, onlar yaxşıların yaxşı işini – keyfiyyətli məhsullarının fərqini görmək üçün bizi seçim qarşısında qoyurlar.
Bəli, tam məsuliyyətlə deyə bilərik ki, indi “Ovçular ət və ət məhsulları” MMC-də istehsal olunan kolbasa və sosis məhsulları bu seçimin ən yaxşı ünvanıdır!

Bəli, məqsəd və məram təmiz olanda, çəkilən zəhmət də bəhrəsini verir… Bunu isə canlı olaraq “Ovçular ət və ət məhsulları” MMC -nin halal məhsullarının istehsalı prosesində izlədik. Necə deyərlər, artıq şübhələrə də şübhə yeri qalmadı… Qaldı bu məhsulları ticarət şəbəkələrindən alıb yemək, keyfiyyətinə əmin olmaq.

Biz də “BIA.az” olaraq Səməd müəllimə möhkəm can sağlığı, işlərində müvəffəqiyyət, daim böyük uğurlar qazanmağı arzu edirik.