Sabunçu bazarında nələr baş verir? – “Maşa” adlı bu xanımı kim himayə edir? – VİDEO-FOTO

714

Sabunçu bazarında nələr baş verir? – “Maşa” adlı bu xanımı kim himayə edir? – VİDEO-FOTO

Redaksiyamıza daxil olan məlumata əsasən Sabunçu bazarının içində Sabunçu Rayon Polis İdarəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu Şöbəsinin yaxınlığında yerləşən kafedə nələr baş verdiyini sizə təqdim etmək istəyirik. Araşdırmalarımız nəticəsində məlum oldu ku, bu məkanı işlədən qadın adı Məleykə olsa da, hətta onun ləqbi də varmış. Onu Sabunçu bazarında hamı Maşa adıyla səsləyir. Mənbədən daxil olan məlumata və video materiala əsasən burda işləyən qadınlar fahişəliklə məşğul olub, bədənlərini satırlar. Görəsən bu kafe adı altında fəaliyyət göstərən fahişəxananı kimlər himayədarlıq edir? Bəzi məqamlara ayıdnlıq gətirmək istəyirik. Sən demə bəzi dırnaqarası özlərini “jurnalist” sayan şəxslər bu məkana himəyadarlıq da edirlərmiş. Amma, bir şeyi nəzərinizə çatdıraq ki, baxmayaraq ki, xüsusi dövlət orqanları bu məkana yaxın yerləşirlər, əfsuslar olsun ki, özlərini ya görməməzliyə gəlirlər, ya da ki, “haqq”ını alıb göz yumurlar.

Bunu da nəzərinizə çatdıraq ki, “Qanun şahdır, şah qanun deyil”.

Ölkə başçısı, Müzəffər Ali Baş komandan İlham Əliyev cənabları son vaxtlar cinayətkarlığa, nakomaniyaya və insan alverinə qarşı sərt qanunlar imzalasa da lakin hüquq-mühafizə orqanları (Sabunçu RPİ) qanunlara əməl etmir və buna göz yumurlar.

Növbəti sayımızda bu kafe haqqında çəkilən geniş video sujetlərimizi sizə təqdim edəcəyik.

Bizi izləyin…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 Şahmar Zərdabi