Şəhid ailələri və müharibə əlilləri üçün ehsan süfrəsi təşkil olundu

201

Şəhid ailələri və müharibə əlilləri üçün ehsan süfrəsi təşkil olundu

“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi və “Fazil Palace” nın birgə təşkilatçılığı ilə Şəhid ailələri, Vətən müharibəsi əlilləri və veteranlar  üçün ehsan süfrəsi təşkil olunub.
Məclisdə Xəzər Rayon İcra Hakimiyyəti  Binə qəsəbə nümayəndəliyi Tahir Əliyev, Binə bələdiyyəsinin sədri Habil Həmidov,  Birlik sədri Yasəmən Qəyyumlu,  xeyriyyəçi Zaman Babayev, Nazlər kabinetinin rəsmi nümayəndəsi Ağayev Mirəddin, Din xadimləri, media rəhbərləri Türkmedia.info – nun rəhbəri Əkbər Sadıyev, Səda Tv – nin rəhbəri Elnur Şükürov, Xəzər Tv – nin rəhbəri Fərid Səfərov və digərləri çıxış edərək şəhidlərin qəhrəmanlığından danışıb və  tədbirin mahiyyəti haqqında fikir  bildiriblər.
Tədbiri keçirməkdə hər iki tərəfin  əsas məqsəd şəhid ailələrini, vətən müharibəsi əlillərini və veteranları  mütamadi olaraq  diqqət mərkəzində saxlamaq və onlara lazımi qayğı göstərməkdir.
Tədbirin sonunda “Fazil Palace” nın rəhbəri Zaman Babayev, qazi Süleyman Süleymanov , Aynurə Ağayeva və Əkbər Sadıyevə  Birlik sədri Yasəmən Qəyyumlu  nümayəndəlik vəsiqəsiqələri və   birinci Qarabağ savaşında itkin düşən şəhid İsmayılov Vasifin qardaşına Zəfər diplomu təqdim edib.
Göstərdiyi xidmətlərinə görə Zaman Babayev  Birlik tərəfindən Fəxri  Diplomla təltif olunub.

Fərid Faiqoğlu
AJB-nin üzvü