Yardımlı rayon Zevin kənd sakini, Qarabağ qazisi Səfər Səlimli məmurların özbaşınalığından dad edir? – İDDİA

604

Yardımlı rayon Zevin kənd sakini, Qarabağ qazisi Səfər Səlimli məmurların özbaşınalığından dad edir? – İDDİA

Əziz oxucular, bu dəfəki şikayət məktubu redaksiyamıza Azərbaycanımızın dilbər güşəsi olan cənub bölgəsi, Yardımlı rayonu Zevin kəndindən daxil olmuşdur. Şikayətçimizin bildirdiyinə görə baxmayaraq ki, dəfələrlə dövlət qürumlarından ona kömək etməyini istəmişdi, lakin buna heç kim məhəl qoymamışdır. Şikayətçi Səfər Səlimli özünün şəxsən video lentə aldığı kadrlardan belə məlum olur ki, kəndin bələdiyyəsinin sədri Şaməddin müəllim qeyri-qanuni olaraq camaata aid olan örüş yerlərini bir neçə nəfərlə birləşib zəbt etmişlər. Yəni ki, bu otlaq yerlərindən özlərinin şəxsi mənafeyi üçün istifadə edirlər.

Görəsən sadə vətəndaşın, həmçinin Qarabağ Qazisinin şikayətlərinə Yardımlı Rayon İcra Hakimiyyəti strukturları niyə biganə yanaşırlar? Bəlkə Rayon İcra Başçısı cənab Ayaz Əsgərov ona tabe olan qürumların əməkdaşlarına nəzarət edə bilmir. Yoxsa elə bilirlər ki, “Gözdən uzaq, könüldən uzaq” məsələsidir.

Axı Cənab Prezident İlham Əliyev icra başçısı təyin etdikdə onları dəfələrlə təlimatlandıraraq sadə vətəndaşların problemlərini həllini və vətəndaşların sosial vəziyyətinin yaxşılaşması üçün əlindən gələnini əsirgəməsinlər.

Belə görünür ki, Yardımli Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Cənab Prezidentimizin etimadını doğrultmur?

Əziz oxucular sizi daha Yardımlı rayon haqqında və dövlət məmurlarının özbaşınalığı haqqında şok faktlarla tanış edəcəyik…

Bizi izləyin.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

 

Beynəlxalqinformasiyaagentliyi.az