Polisə hörmət dövlətə hörmətdir

314

Polisə hörmət dövlətə hörmətdir

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illər hər birimizin gözləri önündədir. Həmin dövrdə baş verən hadisələr heç vaxt yaddaşlardan silinməz. 1993-cü ilə qədərki vəziyyəti yaxşı xatırlayırıq. O dövrdə ölkədə, xüsusilə polis orqanlarında hökm sürən özbaşınalıq, anarxiya müstəqilliyimizə, respublikamızın beynəlxalq aləmə inteqrasiyasına çox böyük zərbə vurmuşdu. O vaxt–bütövlükdə 1991-1993-cü illərdə nəinki Azərbaycanın uğurlu inkişafı təmin edilmirdi, əksinə, sabitlik pozulmuşdu, daxili çəkişmələr baş alıb gedirdi. Ölkədə yaranmış qarşıdurma, özbaşınalıq vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Təbii ki, həmin dövrdə hüquq-mühafizə orqanlarına bu sahənin mükəmməl peşəkarları rəhbərlik etsəydi, vəziyyət o həddə gəlib çatmazdı. Təsəvvür edin, polis, hüquq-mühafizə orqanı rəhbərləri ölkədə yaranmış son dərəcə ağır vəziyyətin, baş alıb gedən talançılığın, cinayətkarlığın qarşısını almaq əvəzinə, özləri hakimiyyəti ələ keçirmək üçün tabeliyində olan silahlı əməkdaşların köməyi ilə dövlət çevrilişinə cəhd etmişlər.
1993- cü ilin ikinci yarısından başlayaraq, tədricən ölkədə həyat öz axarına düşdü. Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıtmasından sonra bütün sahələrdə olduğu kimi, polis orqanlarının formalaşmasında da əsaslı dönüş yarandı. Məhz ulu öndərin rəhbərliyi dövründə Azərbaycanda müasir polis orqanları fəaliyyətə başladı və bu sahənin inkişafı, müasir avadanlıqlarla təmin olunması, sağlam ab-havanın yaranması, polis orqanlarının öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi diqqət mərkəzində saxlanıldı. Heydər Əliyevin fərmanı ilə 1998-ci ildən hər il iyulun 2-si Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Bütün bunlar ölkəmizin ümumi inkişafına müsbət təsir göstərdi.
Prezident İlham Əliyevin ölkəmizin sabitlik adasına çevrilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdə xüsusi fəaliyyət göstərən polis orqanları öz xidməti borcunu ləyaqətlə yerinə yetirərək, əhalinin təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayırlar. Bu gün polis əməkdaşlarını gözdən salmağa cəhd edən radikal müxalifət nümayəndələrinin keçirdikləri aksiyalarda onların təhlükəsizliyinin təmin olunması vəzifəsini də məhz polis orqanları öz üzərinə götürür və bu işi layiqincə yerinə yetirirlər.
Biz dəfələrlə şahidi olmuşuq ki, polis əməkdaşları vətəndaşlarımızın həyatının xilas edilməsi üçün böyük fədakarlıq göstərir, hətta həyatlarını riskə belə atırlar. Məsələn, hər hansı bir binada, ticarət mərkəzində yanğın baş verən zaman, avtomobil qəzası və ya digər hadisələrdə Azərbaycan polisinin nə qədər böyük vətənpərvərlik nümayiş etdirdiyi, oradakı insanların həyatını xilas etmək üçün öz canlarından keçməyə hazır olduqları hər birimizin gözləri önündə baş verir.
Daxili İşlər Nazirliyinin rəhbərliyi də dəfələrlə bildirib ki, polisin fəaliyyəti ilə bağlı hansısa obyektiv tənqid polis adına xələl gətirən əməllərlə məşğul olanların aşkar olunmasında onların ümumi işinə kömək edir. Ancaq bütövlükdə, polisi gözdən salmaq üçün aparılan qara piar kampaniyası, görülən işlərin üstündən xətt çəkmək ölkədə qarşıdurma yaratmaq cəhdindən başqa bir şey deyil.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar ölkəmizdə müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Bununla yanaşı, daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası daha da möhkəmləndirilib.
Təbii ki, bütün bunlar antiazərbaycan qüvvələri və onların əlində alətə çevrilmiş radikal müxalifəti narahat etməyə bilməz. Ona görə də polis əməkdaşları haqqında həqiqəti əks etdirməyən qərəzli, böhtan xarakterli məlumatlar yaymaqla iqtidar-xalq vəhdətinə xələl gətirmək istəyirlər. Həmişəki kimi, bu dəfə də onların xəbis niyyətləri ürəklərində qalacaq.

Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Himət müəllim yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Hikmət Quliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Hikmət  Quliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Himət müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şirvan RPŞ-nin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Həmid Həsənov özünü doğruldub. Bizdə hörmətli Himət Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

 

 

Şahmar Zərdabi

Təsisçi-baş redaktor