21 SAYLI NOTARİUSUNDA ÖZBAŞINALIQ? – İDDİA

367

21 SAYLI NOTARİUSUNDA ÖZBAŞINALIQ? – İDDİA

Redaksiyamızın elektron poçtuna 21 saylı notariat kontorunun qanunsuz əməlləri barədə müraciəti daxil olub. Müəllif müraciətində  yer alan ittihamlarla bağlı adı çəkilən notariat kontorunun notariusunu dinləmək istəsək də cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisar və düzəlişlə dərc edirik:

“Bu şikayət ərizəmizdə yazıb Sizə bildiririk ki, Bakı şəhəri 21 saylı Notariat Kontorunun notariusu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət rüsumundan əlavə pullar alır. Belə ki, notariusa daxil olan vətəndaşın yalandan sənədlərini çək-çevir edərək, bir az da yubandıraraq əlavə ödəniş olduğunu söyləyirlər. Dövlət rüsumundan əlavə pullar notariusun cibinə gedir. Mənbə onu da bildirir ki, adı çəkilən notariusda saxta sənədləri belə təsdiq edirlər, dünyasını dəyişən insanların adına sənədləşmələr mövcuddur.

Əziz oxucularımız 21 saylı notariusda baş verən qanunsuzluqları daha sonra saytımızda işıqlandıracağıq. Bizi izləyin.

 

Əks tərəfi dinləməyə hazırıq.