Böyük xeyriyyəçi Azərbaycan xanımı – Zərintac İsmayılova
Uzun illərdir ki, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Sahibkar Qadınlar İctimai Birliyinin Sədri Zərintac xanım İsmayılova humanizm prinsiplərini əsas tutaraq həmişə imkansız ailələrə, eyni zamanda, şəhid və qazi ailələrinə öz maddi dəstəyini heç vaxt əsirgəməmişdir. 44 günlük Vətən müharibəsində şəhid olan igidlərimizi, həmçinin vətən uğrunda döyüşlərdə ağır yaralanan qazilərimizi dəyərləndirmək Zərintac xanımın vətənpərvər, əsl Azərbaycan xanımı olmağından xəbər verir. Zərintac xanım tez-tez bölgələrə səfər edərək şəhid və qazi ailələrinin sevincinə səbəb oldu. Heç bir dövlət qurumundan maddi dəstək almayan Zərintac xanım öz şəxsi vəsaiti hesabına şəhid və qazi ailələrinə humanitar yardım göstərir.
Bildiyimiz kimi 11 ayın sultanı olan “Ramazan” ayı artıq girmişdir. Bu ayda xeyirxah işləri ilə seçilən vətənpərvər oğullarımızla bərabər, xeyirsevər, hər zaman kimsəsizlərə, şəhid ailələrinə, qazilərə, yetimlərə yardım edən xanımlarımızlarda var. Zərintac xanım İsmayılova da məhz o xanımlardandır.
Hər bir insanın şəxsi problemləri olur, bunlara baxmayaraq Zərintac xanım öz xeyirxahlığından yenə də əl çəkmir. Nə qədər ömrü var, Allahın ona verdiyi bu ömrü ancaq xeyriyyə işlərinə sərf edəcəyini bildirir.
Bizdə redaksiya olaraq Zərintac xanımın göstərdyi xeyirxahlığa görə, öz dərin təşəkkürümüzü bildirib, ona uzun ömür, cansağlığı, gələcək iş fəaliyyətində yeni-yeni uğurlar arzulayıram!
Şahmar Zərdabi
Təsisçi – baş redaktor