Şərəf və qürur dolu qələbən mübarəkdir, əziz xalqım

276

Şərəf və qürur dolu qələbən mübarəkdir, əziz xalqım 

Azərbaycan xalqı öz tarixinin əsl dönüş nöqtəsini yazdı. İllərdir xalqımızın köksündə qabıq bağlamış Qarabağ yarası artıq sağaldı. Bəli, Qarabağ Azərbaycana qayıtdı. 10 noyabr 2020-ci il tarixində Azərbaycan xalqının hər bir vətəndaşı qürur hissi keçirdi. Bu gün 30 ilə qədər davam edən qəlbimizi göynədən bir nisgilə, içimizi yandıran bir həsrətə son qoyuldu. Bu qələbə xəbərini eşitdikdə keçirdiyim hissləri ifadə etmək mənim üçün çətin və qürurludur. Qələbə sevincini hər kəslə bölüşmək üçün çox tələsik şəhərə çıxdım. Şəhər mərkəzinə çatdıqda isə gördüyüm mənzərə məni daha da qürurlandırdı. Sən demə, çoxdan gözlədiyimiz bu xəbər yatan hər kəsi nəinki yuxudan oyatmış, hətta mənim kimi bir çoxlarını sevinclərini bölüşmək üçün küçələrə çıxmağa vadar etmişdi. Bu həyəcan, bu sevinc bütün şəhər camaatının əlindən tutub bu qələbənin səbəbkarlarının vətən yolunda canından keçən şəhidlərimizin ailələrinin yanına apardı. Keçirdiyimiz qürur hissləri bitmək bilmirdi. Sanki insanın üzərinə sözün əsl mənasında qürur yağışı yağırdı.

Bu qələbə öz yurd yuvasından didərgin düşən, məcburi köçkün həyatı yaşamağa məhkum edilən bir milyondan artıq soydaşımızın az qala tükənməkdə olan arzularının, ümidlərinin, xatirələrinin oyanmasıdır. Torpaqlarımızın mənfur düşməndən azad olunması uğrunda rəşadətli ordumuzun qazandığı hər bir zəfər bizim necə əzmkar xalq olduğumuzu hər səfərində təsdiq etdi. Düşmənlərimiz başqasının torpaqlarına göz dikməyin nəticəsini biabırçılıqla ödədilər. Bu gün Azərbaycan xalqı tarixin əsl qəhrəmanlıq salnaməsini yazdı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diplomatik səriştəsi, siyasi iradəsi sayəsində 30 illik həsrət sona yetdi. O, Ali Baş Komandan olaraq güclü strategiyaya malik bir sərkərdə kimi dünya tarixinə öz adını qızıl hərflərlə yazdı.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Qarabağ savaşı – Vətən müharibəsi Azərbaycan xalqının Böyük Zəfəri ilə başa çatdı. Yaşasın Qalib Azərbaycanın Qalib Ali Baş Komandanı və   Müzəffər Azərbaycan ordusu! – sədaları gecənin gec saatlarında ölkəmizin hər yerində böyük coşqu və təntənə ilə səsləndi. Ən böyük qəhrəmanımızın, Ali Baş Komandanın güclü iradəsi, prinsipallığı, ağıllı, tədbirli və təmkinli rəhbərliyi ilə Azərbaycan torpaqları işğaldan azad oldu. Qalib Sərkərdəmiz, Qəhraman Ali Baş Komandanımız və qüdrətli Azərbaycan ordusu Azərbaycan tarixinin səhifələrinə zəfər günləri yazdı.

60 yaşın  mübarək, əziz Prezidentim!  Qələbə günün mübarək olsun! Bu sevincin, bu qürurun daim olsun!!! Qarabağ, sən Azərbaycansan və ayrı düşmüş cana qovuşduğun üçün xoşbəxtsən artıq!!!

Eldar Yunusov

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər

Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri