Ali baş komandan, mahir diplomat – Ad gününüz mübarək!

377

Ali baş komandan, mahir diplomat – Ad gününüz mübarək!

44 günlük Vətən müharibəsində  qələbə qazanmağımızda Prezident, Ali Baş Komandan İlham Əliyevin məxsusi rolu xüsusi vurğulanmalıdır. Məhz onun böyük təşkilatçılıq qabiliyyəti, strateji düşüncə tərzi, dünya liderləri arasında xüsusi mövqe qazanmasına səbəb olmuş yüksək intellekti, Vətənimizə böyük uğurlar qazandıran dövlətçilik və idarəçilik məharəti, həmçinin son hadisələrin də təsdiq etdiyi kimi ən müasir tələblərə cavab verən sərkərdəlik məharəti bu Qələbənin əldə olunmasında mühüm rol oynadı. Azərbaycan Prezidenti yalnız bir sərkərdə kimi müharibəyə rəhbərlik etmədi, o, həm də mahir diplomat olaraq dünyanın nüfuzlu dövlətləri qarşısında ölkəmizin beynəlxalq nüfuzunu qorudu və daha da artırdı. Azərbaycan Prezidenti özünün yüksək intellekti, dünyagörüşü, beynəlxalq siyasəti, qanunvericiliyi və diplomatiyanı yüksək səviyyədə bilməsi ilə bu jurnalistləri mat qoydu. Bununla yanaşı, bir çox təxribatçı sualları cavablandırarkən həmin jurnalistlərə onların ölkəsinin tarixini, həmin ölkələrdə həyata keçirilən daxili siyasəti hətta onların özündən yaxşı bildiyini də göstərdi. Dövlətimizin başçısının bu müsahibələri həm də Azərbaycanı yaxından tanımayanlarda ölkəmiz haqda obyektiv fikir formalaşdırdı, onların ölkəmizə münasibətini köklü şəkildə dəyişdi.

Beləliklə, 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının qəlbindən ağır daş kimi asılan torpaq həsrətinə son qoyulması, işğal altında olan ərazilərin azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsi məhz görkəmli sərkərdə və dövlətimizn başçısı İlham Əliyevin gərgin və yorulmaz əməyi, vaxtında yaradılmış güclü iqtisadiyyat, dünyanın aparıcı ölkələri ilə bərabər səviyyədə həyata keçirilmiş ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü dəmir yumruq kimi göstərmiş xalq-iqtidar birliyi əsasında Qələbə ilə başa çatdı.

Bəli, Azərbaycan xalqı 200 ildən sonra qələbənin dadını duydu.  30 ilin utancından qurtardıq. Bu sürətli, göz qırpımında baş verən qələbə  uzun müddətli hazırlığın, ağıllı və cəsarətli qərarın nəticəsində baş verdi və bütün dünyanın üzünü Azərbaycana  döndərdi. Bütün dünya TÜRKÜN  böyüklüyünə, azərbaycanlıların mərdliyinə və rəşadətinə şahid oldu. Azərbaycan 21-ci əsrin Zəfər dastanını yazdı. Bu ZƏFƏR tarixinin müəllifi isə QALİB Komandan İlham Əliyevdir.

60 illik yubileyiniz mübarək,  BÖYÜK İNSAN, CƏSARƏTLİ SƏRKƏRDƏ!

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev! Yaşasın Azərbaycan xalqı!

Qarabağ Azərbaycandır!

Şahmar Hüseynov

“Azneft” İstehsalat Birliyinə Baş direktoru