Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Tahir Məmmədov dövlət büdcəsini talan edir

448

Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Tahir Məmmədov dövlət büdcəsini talan edir

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş  Komandan İlham Əliyev cənabları 2020-ci ildə 44 günlük  haqq savaşında bir daha dünyaya Azərbaycanı qüdrətli dövlət kimi tanıtdı. Lakin, bəzi məmurlarımız var ki, cənab Prezidetimizin etimadını doğrultmurlar, əksinə vətəndaşlarımızı dövlət əleyhinə pis düşüncələr meyl etdirirlər. Bunlardan biri də Şamaxı Rayon İcra Hakimiyyətinin başçsı Tahir Məmmədovdur. Baxmayaraq ki, icra başçısı cənab Prezidentin bölgəmizdə səlahiyyətli nümayəndəsidir. Etimaddan sui-istifadə edərək dövlət büdcəsini talamaqla məşğuldur. Araşdırmalarımız nəticəsində məlum oldu ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir müəllim dövlət büdcəsindən istifadə edərək özünün şəxsi maraqları üçün istifadə edir. Rayon sakinləri icra başçısından yanıqlı danışaraq bildirirlər ki, Tahir müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz ailələrə heç bir köməklik göstərmir. Nəin ki, köməklik rayon əhalisi icra başçısını heç qəbuluna belə düşə bilmirlər. Tahir müəllimə bildirəndə ki, sizdən cənab Prezidentimizə şikayət edəcəyik, cavabında bildirir ki, “Burda mən, Bağdadda da kor xəlifə” məsələsini özünə aforizm kimi göstərir. Görəsən Tahir müəllim kimə və nəyə bu qədər güvənir?

 

Araşdırmalarımız davam edir.

Bizi izləyin! Sizi Şamaxı İcra Hakimiyyəti Başçısı Tahir Məmmədovdan daha isti xəbərlərlə sizi  məlumatlandıracağıq.

 

Şahmar Zərdabi

Baş redaktor