Ağsu Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində özbaşınalıqlar

325

Ağsu Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində özbaşınalıqlar

Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli həkimin müqəddəs adına ləkə gətirən həkimlər və dövlətimizə, dövlətçiliyimizə xidmət edən savadlı həkimlərimizin nüfuzuna və işgüzar fəaliyyətinə ciddi ləkə gətirən, gələcəyimizin təminatçısı olan uşaqların dünyaya gəlməsində dövlət xəstəxanasında pullu şöbə yaradan və dırnaqarası şöbə yaradan doğum şöbəsinin müdiri, həkim-ginekoloq  Peykam xanımın sərgüzəştləri.

Araşdırmalar nəticəsində məlum oldu ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində açıq bazar alveri gedir. Dünyaya uşaq gətirən analardan normal doğuş üçün 300 manat, keyseriyyə əməliyyat üçün isə 600-700 manat pul tələb olunur. Burdan belə qənatə gəlmək olar ki, ölkəmizin gələcəyinə soyqrım planlı şəkildə həyata keçirirlər. Ağsu RMX-nin doğum şöbəsinin bu cür özbaşınlıqları gələcəyimiz olan dünyaya gələn körpələrimizin qarşısını ciddi şəkildə qarşısını alırlar.

Araşdırmalarımız  davam edir. Redaksiyamıza Ağsu Rayon Mərkəzi Xəstəxanasının doğum  şöbəsindən ardı-arası kəsilməyən şikayətlər daxil olmaqdadır.

Ardı növbəti sayımızda… Bizi izləməyi unutmayın.