Səttar Möhbalıyevin 30 illik fəaliyyəti yoxlanılmalı, o layiq olduğu cəzanı almalıdır- Qudaların “işbirliyiİ”…

173

Bütün dünyada həmkarların funksiyası İŞÇİ-lərin maraq və mənafeyini qorumaqdır
Səttar Mehbalıyevin işi isə özünün şəxsi maraqlarını güdməkdir
Əli Həsənovun qudası Möhbalıyev sanatoriyaların, pansionatların ərazisini sataraq binalar tikdirib
Bütün dünyada həmkarlar təşkilatının funksiyası obrazlı desək fəhlə sinifinin hüquqlarını qorumaqdır.
Əlbəttə söhbət sinifi mübarizədən getmir. Söhbət işçi və sahibkar arasında yaranan problemləri çözmək, işçilərin sosial hüquqlarını qorumaqdır. Yəni dünyada həmkarların yeganə işi işçilərin MARAQ və MƏNAFE-lərini güdməkdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası”nın (AHİK) sədri Səttar Möhbalıyevin işi isə ÖZ MARAQ və MƏNAFE-lərini güdməkdir.
Bu adam 1991-ci ildə Prezident Ayaz Mütəllibovun vaxtında hansısa yolla Respublika Həmkarlar Komitəsinin sədri olub. İndi hər yerdə yazdırır ki, guya demokratik seçki yolu ilə sədr seçilib.
Ay Möhbalıyev, 1991-ci ildə sən hansı demokratik seçkidən danışırsan ?
Sən 30 ildir fəhlələrin, işçilərin hesabına özünə topdağıtmaz imperiya qurmusan.
Sənin bu imperiyan isə ölkə vətəndaşlarından üst-üstə 50 milyondan çox üzvlük haqqı yığır. Üstəlik hər il dövlət büdcəsindən DSMF vasitəsilə Mehbalıyevə on milyonlarla pul ayrılır.
Bu milyonlar hara gedir, cənab “Prafkom” ?
Möhbalıyev bu milyonların hesabına qohum-əqrəbasını cənnətə “komandirovka”ya göndərib.
Möhbalıyev işçilərdən zorla yığılan milyonların hesabına ölkənin müxtəlif yerlərində villalar ucaldıb.
Mehbalıyev heç vaxt müxtəlif sahələr üzrə müstəqil həmkarlar təşkilatının yaranmasına imkan verməyib.
Bu işdə Möhbalıyevin “krışası”-damı Ramiz Mehdiyev və qudası Əli Həsənov olub.
Bu adam hər ay dövlət orqanlarında və özəl təşkialtlarda çalışan yüz minlərlə işçinin qazancından zorla “FAİZ” alır. Ancaq bu günədək işdən qanunsuz qovulan, haqqı tapdanan bircə nəfər də işçinin hüququnu qorumayıb.
Səttar Möhbalıyev qudası Əli Həsənovun gizli planlarında həmişə baş rolda olub.
Özündən çox razı olan bu adam hələ sovet dövründən qalan sanatoriyaların, pansionatların ərazisini tikinti maqnatlarına satıb, özü də binalar tikdirir.
Bu adam 30 ildir Həmkarları zəbt, işğal edib. Bu adamın 30 illik fəaliyyəti mütləq yoxlanlımalı, qanunsuz mənimsədiyi sərvət müsadirə olunmalı, özü isə layiq olduğu cəzanı almalıdır.
Nəhayət bu özündən çox razı, müştəbeh, orda-burda ağzına gələni danışan adam yerini bilməlidir.
Mehbalıyev həmkarlar konfederasiyasını ailə podratına çevirib.
Səttar Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir.
Səttar Möhbalıyevin xanımı Türkiyədə 250 min dollarlıq şirkət təsis edib.
Haradandır bu paralar, cənab Mehbalıyev ?
Möhbalıyevin ailəsinə məxsus gözəllik salonları, gimnastika zalları görəsən hansı pulla yaranıb ?
Bu adam 30 ildir həmkarları, 20 ildir parlamenti zəbt edib.
Möhbalıyev “Kurort” Səhmdar Cəmiyyəti adı altında milyonlarla sərvəti əlinə keçirib.
Səttar Möhbalıyev hər il “putyovka” biznesindən milyonlar qazanır.
AHİK-in “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalarına putyovka almaq üçün mütləq Möhbalıyevə “töycü” verməlisən.
Təsəvvür edirsiniz işdən qovulan, işini itirən şəxsləri ancaq media müdafiə edir. Bu medianın deyil, birbaşa Möhbalıyevin işidir.
Möhbalıyev bircə dəfə də olsun 20 ildir oturduğu Milli Məclisdə kiminsə pozulan hüququnu müdafiə etməyib.
Bəlkə, Möhbalıyev 100 minlərlə müəllimin, on minlərlə neftçinin hüququnu müdafiə edib ?
Bəs onda niyə onlardan milyonlarla üzvlük haqqı yığırsan, ay Möhbalıyev ?
Onu da qeyd edək ki, Möhbalıyev qudası Əli Həsənovla tikinti biznesinə də böyük kapital qoyub. Və ən əsası tikilən binalar həmkarlara məxsus obyektlərin ərazisində inşa edilir.
Bəli, Səttar Möhbalıyevin 30 illik hökmranlığına son qoyulmalıdır. Unutmaq lazım deyil ki, Səttar Möhbalıyev həbsxanada olan icra başçılarından daha çox korrupsiya əməllərinin sahibidir.
P.S Növbəti sayımızda Yasamal rayonundakı binaların arasında tikilən klinikadan bəhs olunacaq. (turantv.az)
pia.az