Hansısa milyonçunun şəhid və ya qazi olduğunu eşitmisiniz? – ETİRAZ

192
Hansısa milyonçunun şəhid və ya qazi olduğunu eşitmisiniz?
Bir neçə gün öncə Cəlilabad rayonu Göytəpə qəsəbəsinin sakini Qazi Ağayev Fariz Hidayət oğlu sosial şəbəkələrədə qəzəb, qəhər göz yaşları içərisində şikayətini səsləndirdi. Məişət şəraitinin , dolanışığının çətin vəziyyətdə olduğunu deyən Fariz Ağayev də fələrlə müraciət etsə də səsi cəmiyyət tərəfindən eşidildikdən sonra ƏƏSMN onu diqqətə aldı və ictimaiyyətə açıqlama verdi.
Açıqlamada Fariz Agayevin əlilliyinin qiymətləndirilməsi isə ilk növbədə aidiyyəti qurumlar tərəfindən onunla bağlı müvafiq sənədlər (şəhadətnamə və göndəriş) təqdim edildiyi halda həyata keçiriləcəyi deyildi.Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyin həkim-ekspertləri Farizi evində əyani müayinə edərək nəticəsinə əsasən əlilliyinin qiymətləndirilməsi üçün sənədləşmə prosesində müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

Bu qanunal belə olmalı deyildimi? Sağlam bir kişi, hansı ki, onun qayğısına möhtac olan yaşlı ana – atası, körpə balaları var, günün birində isti yerindən qaldırılıb, döyüşlərə aparılır. Bəli vətən borcudur. Amma qoruduğu vətənin məmurunun da borcudur ki, onun itirilmiş sağlamlığına görə yardım etsin, kompensasiya ödəsin. Bir dəfə verilən hansısa 100 manatla hansı məmur neçə gün yaşaya bilər? Qala qapılarına oxşayan o böyük qapıların arxasından başlarını çıxarıb, çölə boylansalar görərlər ki, dünya heç də o bəzəkli otaqlarda olduğu qədər gözəl deyil. Çöldə inflyasiya var. Bahalaşma başlayıb. Onların aylar öncə tərtib etdiyi ərzaq paketi minumumu daha işə yaramır.

Ölkənin ən dəyərli vətəndaşları olaraq daim diqqətdə saxlanılmalı, qayğıl ilə əhatə olunmalıdırlar. Lakin gördüyümüz odur ki, ağlamayan uşağa süd verilməz məsələsinə dönüb. Ciddi problemlər yaşayırar, bu ümumilikdə bütün iştirakçılara xalqa pis təsir edir, vətənpərvərlik ruhuna da ziyan vurur. Bir çox qazilər problemlərinin həllini dərdini ictimailəşdirməkdə görür. Müzəffər ordunun əsgərini ağlamağa məcbur etmək düşməncə bir hərəkət deyilmi? Hələ müharibə bitmədən biz döyüşdən gələn insanların psixologiyasının gərgin olacağını demişdik, bu uzun müddət davam edə bilər. Qazi kapriz eləmir, sadəcə hər zaman dözüm göstərdiyi sosial problemlərə daha dözüm göstərə bilmir. Çünki bayaqdan dərdinin dalınca getməyə sağlamlığı əl verirdi, indi əl vermir. Əsəb keçirməsin nə eləsin. Axı onun əlinə baxan balası bu gün çörək yeyirsə sabah ” istəmirəm” deməyəcək, bu tələbatlar o var olduqca olacaq.

Bir çox qazilərimiz hələ bu günə qədər müalicə olunur, çoxu yataq xəstəsidir. Çoxusunun müalicə xərcləri ödənilmir və harasa təhlkim olunmurlar. Çox zaman bu qazinin xanımı, digər ailə üzvləri ona baxmaq üçün işini atmalı olur bəs ailə nə ilə yaşamalıdır? Müharibədən çıxmış qazilərimizin çoxusunun əsəbləri gərgindir, onlara lazımi şəhadətnamələrin zamanında verilməsi problemidir.

Bu insanlara xüsusi dəstək paketi lazımdır, Müharibələrin yaraları təzədir Onlara verilən dəstək kampaniya xarakteri daşımamaldıır. “Bu gün yardım etdim, səhər onu görəndə üzümü yana tutum qaçım” olmaz. Bu qazilərə dövlət tərfəindən 3 il müdətinə 500-700 manat məbləğində aylıq müavinət ayrılmasını deputat Razi Nurullayev təklif etsə də hələlik bu təklifə cavab gəlməyib.

Bu gün sosial şəbəkələrdə rastlaşdığım bir elan ürəyimi göynətdi. Azərbaycanda Vətən Müharibəsi qazisi Səid İman oğlu İskəndərov “Xocavəndin azad olunmasına görə” aldığı medalı satır.

“Bu medalları müharibədə canımı ortaya qoyub qazanmışa. İndi yardım olunmadığı üçün satıram. Kim istəsə alsın. Vətən Müharibəsi medalıdır”, – deyə qazi elanda qazi qeyd edib. O açıqca mənəvi dəsətəyə ehtiyacı olduğunu yazıb. Səid psixoloqa ehtiyacı olduğunu bildirib. Əlilliyin təsdiqi üçün get gələ salındığını deyib.

Müharibə gedərkən bütün nüanslar xırdalıqlar gözə alınmışdı. Lakin gərək Müdafiə Nazirliyi əlilliyin qiymətləndirilməsi üçün tərtib etdiyi komissiyanın tərikibini də geniş tutaydı. Bu gün minlərlə döyüşçü gedib o komissiyanın qapısı önündə gözləyib geri qayıdırsa, aylarla bu proses davam edirsə deməli iş düzgün qurulmayıb.

Qazi haray çəkir, onları dərdləri ilə baş – başa qoymaq olmaz. Düşmən gülləbaranının altından sağ çıxmış igidlərimizin intiharla, sosial problemlərlə məhv olmasına imkan verilməməliyik. Unudulmamalıdırlar. Sağlıq gözləmir, aclıq gözləmir. O hədədə çatdırılmamalıdır ki. Artıq sosial şəbəkələrdə də bu insanların harayına laqeydliklə yanaşılsın. Dünən qəhrəmanım dediyinə bu gün önəm verməmək, yada salmamaq, unutmaq, kənarlaşdırmaq xalq olaraq fəlakətimiz olar. Çünki onların hamısı sadə xalqın içindən çıxanlardır. Siz hansısa milyonçunun şəhid və ya qazi olduğunu eşitmisiniz?

Bizimyol.info