Gənclər və İdman Nazirliyinə yeni nazir təyinatı ilə bağlı AÇIQLAMA

165
Gənclər və İdman Nazirliyinə yeni nazir təyinatı ilə bağlı
Nazir təyin etmək Azərbaycan Respublikası Prezidentinin səlahiyyətindədir. Ona görə də, cənab prezidentdən başqa heç kim təyinatın nə vaxt olacağını öncədən bilməz.

Bunu Anews.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib:

“Maydan bəri KİV-lər quruma yeni nazir təyin edir. Lakin hələ heç bir xəbər yoxdur. Biz də sizin kimi, prezident tərəfindən təyinat olanda nazirin kim olacağını biləcəyik. Yeni məlumatlar olduqda isə bunu ictimaiyyətlə bölüşəcəyik”,- deyə nazirliyin sözçüsü Qabil Mehdiyev əlavə edib.

Son günlərdə sosial şəbəkələrdə Gənclər və İdman Nazirliyinə yeni nazir təyin olunacağı ilə bağlı məlumatlar yayılıb.

Gənclər və İdman Nazirliyinin sonuncu naziri Azad Rəhimov bu ilin aprelin 30-da vəfat edib. O, 2006-cı ilin fevralın 7-də Gənclər və İdman Naziri vəzifəsinə təyin olunub və o vaxtdan bəri bu vəzifədə çalışıb. Azad Rəhimovun ölümündən sonra isə həmin vəzifəyə təyinat olmayıb.