Qazaxın kəndləri qaytarılacaq… – “Lavrov erməni həmkarına dedi ki…”

180
Qazaxın kəndləri qaytarılacaq...
Qazaxın işğal altındakı yeddi kəndinin qaytarılması məsələsi son vaxtlar geniş müzakirə olunur. Hətta erməni siyasətçilər özləri də bu barədə danışırlar. Müxalifət nümayəndələri kəndlərimizin qaytarılmasını tez- tez gündəmə gətirirlər. Bu, reaallıqdır, yoxsa iqtidara qarşı təzyiq vasitəsi?

Keçmiş spiker Yaqub Məmmədov Qazaxın kəndlərinin taleyi barədə “Sherg.az”a danışdı:

“Bu, 9-10 noyabr üçtərəfli razılaşmasında nəzərdə tutulub və icra edilməlidir. Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı ilə görüşdə də dedi ki, yeni problem lazım deyil. Yəni kəndlər gec-tez qaytarılacaq. Rəsmi İrəvanın səsləndirdiyi bəyanatlar yersizdir. Kəndlər qaytarılacaq, vəssalam. Ya diplomatik, ya da hərbi yolla. Çünki haqqımızdır”.