Ev Cəmiyyət “Vəziyyət normala dönməzdən əvvəl pisləşəcək” – Bayden

“Vəziyyət normala dönməzdən əvvəl pisləşəcək” – Bayden

202
"Vəziyyət normala dönməzdən əvvəl pisləşəcək"- Bayden

ABŞ-da “Delta” ştamının səbəb olduğu yeni növ koronavirus dalğası şəraitində vəziyyət normala dönməzdən əvvəl pisləşəcək.

Unikal.org xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Co Biden Ağ Evdə çıxışı zamanı deyib.

O, qeyd edib ki, “Delta” ştamı çox asanlıqla yayılır və yeni infeksiya dalğasına səbəb olur:

“Bu variant əvvəllər bəhs etdiyimizdən çox fərqlidir. Çox asanlıqla yayılır və yeni infeksiya dalğasına səbəb olur. Hazırda ABŞ-da bütün COVID-19-a yoluxmaların 80 faizdən çoxunu təşkil edir.

Mütəxəssislər bizə yoluxma hallarının qarşıdakı həftələrdə artacağını söyləyirlər. Bu faciənin ümumiyyətlə qarşısı alına bilərdi, indisə vəziyyət yaxşılaşmazdan əvvəl daha da pisləşəcək”, – deyə Amerika lideri bildirib.

ABŞ prezidenti bundan çıxış yolu kimi peyvənd olunmağı məsləhət görüb:

“Hər şey çox sadədir – peyvəndlər. Ölkədə baş verənləri çox dəqiq izah etmək istəyirəm. Bu gün peyvəndi mövcud olmayan bir pandemiya ilə mübarizə aparırıq”.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birincidir.