Hacı Əhəd Həsənov – Xeyirxahlıq, mərhəmət, dövlətə və xalqa xidmət nümunəsi

589

Hacı Əhəd Həsənov – Xeyirxahlıq, mərhəmət, dövlətə və xalqa xidmət nümunəsi

Tarixi həqiqətdir ki,vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki yaşadığı yerdə, eləcə də Azərbaycanda yüksək ehtiram sahibi olan Hacı Əhəd Həsənov  belə şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Hacı Əhəd Həsənov Azərbaycan oğluna xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən xeyirxahlıq missiyasını şərəflə yerinə yetirir.

Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Hacı Əhəd Həsənov xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas yolunu göstərməkdədir. İslam ideyalarından güc alan Hacı Əhəd Həsənov humanizm və insanpərvərlik idealarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı xeyriyyəçilik onu vətəndaşlarımızın sevimlisinə çevirib.

Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Hacı Əhəd Həsənov ölkəmizdə vətəndaşların həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.

Bu gün tam əminliklə deyə bilərik ki, Hacı Əhəd Həsənov İslam dinin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir.

Hacı Əhəd Həsənov, həm getdiyi müqəddəs Hacc  ziyarətini, həm də islam dinimizin ideyalarının daşıyıcısı olan bir vətəndaş kimi Azərbaycan üçün nümunədir.

Bu gün dünyamızda çətin dönəm yaşanır. Koronavirus pandemiyası hələ bəşəriyyəti təhdid edir. Şükürlər olsun ki, Azərbaycanda aparılan qabaqlayıcı tədbirlər fonunda bu gün müsbət dinamikanın şahidi oluruq. Xalqın sağlamlığının qorunmasını ən ümdə vəzifəsi hesab edən Prezident İlham Əliyevin atdığı addımlar, qəbul etdiyi mühüm qərarlar pozitiv durumu şərtləndirən amillərdir. Bu yöndə də sahibkarlar, iş adamları, böyük xeyriyyə işləri ilə vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması üçün ölkə prezidentinə dəstək formasında əlindən gələn köməkliklərini göstərməkdədilər. Belə insanlardan biri də iş adamı Hacı Əhəd Həsənovdur.

Hacı Əhəd Həsənov Azərbaycanımızın haqq savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan “Dəmir Yumruq” əməliyyatında da şanlı ordumuza öz xeyirxah əməlləri ilə köməkliyini əsirgəməyib. Hacı Əhəd Həsənov həmişə və hal-hazırda da kimsəsizlərə, Şəhid ailələrinə, qazilərə, veteranlara, yaşlı və ahıl nəslin nümayəndəsini həmişə öz diqqətində saxlayıb, onlara öz qayğısını göstərmişdir.

Hacı Əhəd Həsənov milli və islam adət ənənələrimizi, həmişə yüksək səviyyədə qeyd etmişdir. Keçirilən bayramlarda bayram sovqatı hazırlayıb onlara təqdim etməkdə böyük zövq alır. Bütün bu keyfiyyətlərinin məcmusu xarakterizə edən əsas cəhət, əlbəttə ki, Hacı Əhəd Həsnovun onun soylu bir kökdən gəlməsini bir daha sübut edir.

Bu gün Hacı Əhəd Həsənovun özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin xeyriyyəçilik qabiliyyəti ilə ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.

Bizdə redaksiyamız adından Hacı Əhəd Həsənova və onun timsalında Azərbaycanın xeyirxah oğullarına uzun ömür can-sağlığı və işlərində uğurlar arzu edirik.

 

Şahmar Zərdabi

Təsisçi və baş redaktor

Tel.: 070-255-01-09