Bərdə rayonunda meliorasiya və su təsərrüfatı sahəsində tədbirlər uğurla davam edir

537

Bərdə rayonunda meliorasiya və su təsərrüfatı sahəsində tədbirlər uğurla davam edir

Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Bərdə rayon suvarma sistemləri idarəsinin rəisi Sərdar Əhmədov rayonun əkin sahələri mənbəyini Yuxarı Qarabağ kanalından götürən minlərlə kilometr suvarma kanalı, Kür və Tərtər çayları üzərində qurulmuş nasos stansiyası, yerli qaynama suları və subartezian quyuları vasitəsilə suvarılır. Rayonda 2021-ci ilin məhsulu üçün əkilmiş taxıl, yonca və digər bitkilərin suvarılması həyata keçirilib, pambıq əkiləcək sahələrdə arat işləri aparılıb.

Əkin sahəsinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə ilin əvvəlindən kanallarda lildəntəmizləmə işləri və hidrotexniki qurğuların təmiri davam etdirilib. Hazırda əkin sahələrinin suvarılmasını təmin edən torpaq kanallarda su itkisinin qarşısının alınması məqsədilə kanalların beton üzlüyə alınması istiqamətində işlər görülür.

Ölkəmizdə meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır.. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərliyi ilə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində görülən işlər danılmazdır. Qeyd etmək lazımdır ki, ötən illər Bərdə rayonunda qazanılmış nailiyyətlər bu il də uğurla davam etdirilir. Dövlət başçısının ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verdiyi yüksək qiymət melioratorlarımızı daha səylə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir.

Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Əhmədov Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın etimadını yüksək səviyyədə doğrulda bilən insandır. Sərdar müəllim-ə işlərində redaksiyamız adından uğurlar arzulayırıq.

 

Şahmar Zərdabi

Baş redaktor

Tel.: 070-207-63-00