Ölü hesab edilən kişi meyitxanada dirildi, amma həkimlər…

317

Canlı olduğu halda ölü hesab edilən 67 yaşlı kişi meyitxanaya yerləşdirilib. Daha sonra özünə gələndə isə həkimlər onu buraxmaqdan imtina ediblər.

KİV-ə istinadən xəbər verir ki,  qəribə hadisə Kolumbiyada baş verib.

67 yaşlı Xuan Xose Munos Romero yüksək qan təzyiqi ilə xəstəxanaya yerləşirilib. Bir neçə saatdan sonra onun qohumlarına pasiyentin öldüyü barədə məlumat verilib. Ancaq COVID-19 pandemiyasına görə qoyulan tələblərlə əlaqədar cəsədi verməkdən imtina ediblər.

Qadağaya baxmayaraq, Romeronun qızı meyitxanaya girə bilib və görüb ki, atası nəinki ölməyib, hətta özünə gəlib. Buna baxmayarq, tibb işçiləri qızı inandırmağa çalışıblar ki, o ölüb, göstərdiyi həyat əlamətləri isə ölümdən sonra müşahidə edilən normal fiziki reaksiyadır.

Qadın onların iddialarına inanmayıb və atasının başqa xəstəxanaya köçürülməsini tələb edib.

Qeyd edək ki, hazırda kişi yaşayır və müalicə alır. Ancaq doğmalarının sözlərinə görə, kişinin meyitxanada keçirdiyi vaxt təsirsiz ötüşməyib. Hazırda Romero işemiyadan əziyyət çəkir.