BİA.az Türkiyə demokratiyasının gücünə toxunan eks-prezident baş verənlərin olduqca üzücü olduğunu vurğulayıb
Türkiyənin 11-ci prezidenti Abdullah Gül ilk dəfə İstanbulda keçirilən son bələdiyyə seçkilərinin nəticələri ilə bağlı danışıb. Bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.
Rəsmi olmayan nəticələrə görə, İstanbul Bələdiyyəsinə keçirilən sədr seçkilərini qazanan Ekrem İmamoğlunun qalib elan olunmamasına Gül belə reaksiya verib: “Vaxtilə bizə qarşı ediləni başqasına etməməyimiz lazımdır”.
Türkiyə demokratiyasının gücünə toxunan eks-prezident baş verənlərin olduqca üzücü olduğunu vurğulayıb.
Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İqtidardakı AKP-nin də daxil olduğu Cümhur İttifaqı İstanbulda seçkini uduzmuş kimi görünür.