ÇAĞIRIŞ : Zəfər üçün birləşək! – Nicat Həsənzadə

449

Son günlərdə Azərbaycan 3 qoldan mübarizə aparır. Bütün bunlar isə, yalnız sonu qələbə ilə bitəcək savaşın başlanğıcıdır !

Yaranmış pandemiya ilə əlaqədar həkimlərin mübarizəsi öz yüksək nəticəsin verməyə başlamışdı ki, 12 iyul, günorta saatlarından  etibarən bədxah amma bir o qədər də zəif düşmənlərimizin “kişilik” damarı oyandı. Söz var axı, keçinin əcəli gələndə, gedib çobanın nəyinəsə sürtünür.. Bu misalı tam dəqiq bilmirəm..  Ama bir şeyi dəqiq bilirəm ki, 1-ci savaş həkimlərimizin, 2-ci savaş  əsgərlərimizin savaşıdırsa, 3-cü savaş isə bizim üzərimizə düşür. MEDYA savaşı !

Bunun üçün nələr etməliyik ? Necə yanaşmalıyıq ki, minimal ziyanla maksimum zərbə endirək !

Müdafiə Nazirliyinin rəsmi açıqlamalarını, cəbhə xəttində olan jurnalistlərimizin dəqiqləşdirilmiş məlumatlarından başqa, istinadsız heç bir xəbərə yol verməməliyik. Atılan hər bir səhv addım, bizim zərərimizə işləyəcək.

Bilirəm ki, hər kəsin içi yanır bu dəqiqələrdə. Şəhidlərimizə Allah rəhmət edəcək, bizə düşən məsələ isə odur ki, şəhidlərimiz bizi bağışlasın… Bunun üçün də, hər kəs müharibəyə hazır olmalıdır !

Evdə oturaraq da müharibə apara bilərik. Bunun üçün deyilən şərtlərə əməl edək, dezinformasiyaların qarşısını alaq, rəsmi olmayan məlumatları paylaşmayaq !

Əsgərlərimizə ruh yüksəkliyi verməliyik ! Onların, etmədikləri və ya onlara ziyan verəsi paylaşımlar edərək yox, özümüzə bugünki məsələdən reklam qazanaraq yox, müxalifət-iqtidar davası edərək yox, polis-əsgər ayrı-seçkiliyi edərək yox, matəm lentlərini paylaşaraq, varlı-kasıb balası deyə – milləti bölərək yox, birlik göstərərək bunu etməliyik !

HƏR KƏS SOSİAL MEDİADA, EVİNİN PƏNCƏRƏSİNDƏ, MAŞINLARINDA AZƏRBAYCAN BAYRAĞINI ASARAQ BİRLİYİMİZİ GÖSTƏRƏ BİLƏR ! 

BİZ, ŞƏHİD VERİRİK Kİ, ÖZ HAQQIMIZI ALAQ…
BİZ, KİMİNSƏ OLANINI ALMIRIQ Kİ, MATƏM SAXLAYAQ!
ZƏFƏR AZƏRBAYCANA, matəm
ermənistana YARAŞIR !!!