SAVAŞ QAPIDADIR!!! – ƏMR VERİLƏCƏK!!!

306

Artıq vaxtdır. Savaş üçün fürsət yaradıb Uca Tanrımız…

Generalımızı da itirdik. Vətən uğrunda şəhid oldu. Daha bir neçə zabit itkimiz var. Bütün bunlar SAVAŞA işarədir, savaşın YENİDƏN ALOVLANMASI üçün və ən əsası QARABAĞIMZIN AZADLIĞI üçün fürsətdir.

***

Bu gün bütün Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir. Mən inanmıram ki, elə bir Azərbaycan kişisi olsun ki, bu şərəfli savaşdan yaxasını kənara çəksin.

Mən inanmıram ki, hansısa Azərbaycan oğlu belə bir fürsətdən yararlanıb Qarabağın Azadlığı ilə bitəcək bir savaşla adını tarixə yazdırmaq istəməsin.

Bu gün millətimizin gözü, insanlarımızın nəzəri dövlətə yönəlib… SAVAŞ HƏSRƏTİLƏ…

***

Bu, bir fürsətdir… Başqa bir yolumuz, şansımız bəlkə də olmayacaq. Amma indi var və canb Prezident təbii ki, bütün bunları dəyərləndirəcək. Biz Prezidentə inanırıq, güvənirik və inanırıq ki, GÖZLƏNİLƏN ƏMRin verilməsi üçün sıradan vətəndaşların bilə bilməyəcəyi bütün beynəlxalq səddlər aşılacaq.

Biz İlham Əliyevə inanırıq və onun Ali Baş Komandanlığı altında bu ŞƏRƏF SAVAŞINA hazırıq.

Daha səbrlərimiz daşıb. Daha dözə bilmirik və bağrımız yarılır bu gün kişi olaraq…

***

Kişi olmaq çox çətin imiş və bu gün həmin çətinliyin AĞIRLIĞINI tam olaraq hiss etdim. Və əminəm ki mənimlə bərabər bütün Azərbaycan kişiləri eyni düşüncədədir.

Mən inanıram ki, hər bir Azərbaycan kişisinin bu gün bağrı yarılır… Cəbhə xəbərini nəfəsi kəsilə-kəsilə izləyir…

***

Fürsətdir! Savaş qərarı verilməlidir.

Mən inanıram ki, Prezidentimiz bu qərarı verəcək…

***

Allah şəhidlərimizə rəhmət eləsin… Bizə QİSAS ŞANSI TANISIN!!!

Məhəmməd Ərsoy