Belqradda polislə nümayişçilər arasında qarşıdurma – 19 yaralı

608

Serbiyanın paytaxtı Belqrad şəhərində ötən gecə nümayişçilərlə polis arasındakı toqquşmalarda 19 nəfər xəsarət alıb, 70 nəfər saxlanılıb.

Polisin məlumatına görə, son iki gün ərzində polis və ifrat sağçı nümayişçilər arasında baş verən qarşıdurmalar nəticəsində 118 nəfər polis əməkdaşı və 34 etirazçı xəsarət alıb, 73 nəfər saxlanılıb. İğtişaşlar zamanı 5 polis avtomobili yandırılıb.

Xatırladaq ki, Serbiya prezidenti Aleksandar Vuçiç tərəfindən koronavirusla bağlı ikinci dəfə karantin məhdudiyyətləri tətbiq etmək qərarı sağçı müxalifət tərəfindən etirazla qarşılanıb.