“VİMAY” tibb mərkəzində yüksək peşəkarlıq nümayiş etdirilir

2334

“VİMAY” tibb mərkəzində yüksək peşəkarlıq nümayiş etdirilir

Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Belə ki, yeni tikilən tibb ocaqları ilə bərabər həm də yüksək səviyyədə təmir və bərpa olunmuş xəstəxanalar bu gün öz vətəndaşlarına xidmət göstərirlər. Ölkəmizdəki onlarla səhiyyə və tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin böyük bir hissəsi, dünyanın ən qabaqcıl universitet və akademiyalarında təhsillərini almış mütəxəssislərdir. Bu mütəxəssislərin əksəriyyəti təhsillərini başa vurduqdn sonra ölkəmizə qayıdaraq xalqımıza xidmət etməkdədirlər. Ali ixtisaslı həkim və tibb işçiləri qardaş Türkiyə başda olmaqla, ABŞ, Rusiya, Almaniya, Ukrayna, Gürcüstan və digər ölkələrdə həm təcrübə keçmiş, həm də təhsillərini davam etdirmişlər. Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır. Belə tibb ocaqlarından biri də Bakıda fəaliyyət göstərən “VİMAY” tibb mərkəzidir. Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağanda xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır.
İnsan sağlamlığı üçün əhəmiyyət kəsb edən “VİMAY” tibb mərkəzində əməliyyatı həyata keçirən həkim və tibbi heyətin həm peşəkarlığını, həm təcrübəli olmalarını, eyni zamanda da xəstələrə göstərdikləri diqqət və qayğını görüb, bu haqda yazmağı qərara aldım. Çünki, bu gün hər kəs sağlamlığını bacarıqlı həkimlərə etibar etməyə üstünlük verir. Bu nöqteyi-nəzərdən belə həkimlərin tanınması vacibdir. İlk olaraq estetik, plastik əməliyyatları edən cərrah Mirəzim Zaidov haqqında oxucularıma məlumat vermək istəyirəm.
Xəstəxanada əməliyyat öncəsi və əməliyyatdan sonra Mirəzim həkimin xeyirxah münasibəti, onun xəstəyə həddindən çox qayğı və diqqət göstərməsi çox təqdirəlayiqdir. Həm də tibb bacıları ilə söhbət zamanı önu da nəzərimə çatdırdılar ki, Mirəzim həkim ixtisaslı, təcrübəli və sayılıb, seçilən həkimlərdəndirlər. Həqiqətən də Mirəzim həkimin şəfalı əllərinin möcüzəsini özüm əyani olaraq gördüm. Xəstələrin əməliyyatında sonra heç bir ağrı və şikayət etmədiyini gördüm və belə qərara gəldim ki, bu həkimin əllərində doğrudan da bir möcüzə vardır. Bundan başqa, istər Mirəzim həkim, istərsə də tibb personajı bütün xəstələrə həddindən artıq mülayim münasibət göstərirlər.
Onlar xəstələri çox diqqətlə dinləyir, ən kiçik problemləri ilə maraqlanır və məsləhətlər verirdilər.
“VİMAY” klinikasında xəstələrə göstərdikləri xoş münasibət məndə bir Azərbaycan vətəndaşı olaraq, qürur hissi oyatdı və mən bu hisslərimi qələmə aldım.
Ölkəmizin gün-gündən inkişaf etməsini, vətənə və xalqa xidmət göstərən, şəfalı əllərin sahibi olan həkimlərini gördükdə fəxr etməyə bilmirsən. Mən bu möcüzənin şahidi olduğum üçün məsləhət görərdim ki, başqa ölkələrə gedib həkim axtarmağa ehtiyac yoxdur. Çünki, hər bir sahə üzrə ölkəmizin tibb ocaqlarında yetərincə savadlı, bacarıqlı, təcrübəli həkimlərimiz vardır. Həm də hal-hazırda bilirik ki, bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsinə də cənab Prezident tərəfindən xüsusi diqqət və qayğı göstərilməkdədir.
Cənab Prezidentin səhiyyə ilə bağlı çıxışlarında tez-tez bu sözləri eşidirik ki, “Gələcəyimiz olan körpələrimizin dünyaya sağlam gəlməsi və böyüməsi üçün hər birimiz əlimizdən gələni etməliyik”.
Uşaqlarımızın sağlamlığı keşiyində duran həkimlərimiz bu gün vicdanla balalarımıza qayğı və diqqət göstərirlər.
Ümumiyyətlə, ölkəmizdə yeni qurulmuş tibb ocaqları gələcəyimiz olan körpələrin sağlam doğulması üçün maddi-texniki bazanın möhkəmləndirilməsi cənab Prezidentin daim diqqət mərkəzindədir.
Bu cəhətdən mən “VİMAY” tibb mərkəzində gördüyüm qayğı və diqqəti bu gün də hiss etməkdəyəm. Mən “VİMAY” tibb mərkəzinin təcrübəli və peşəkar həkimi Mirəzim Zaidov və tibb personajına və digər əməkdaşlara dərin münnətdarlığımı bildirirəm, belə həkim və tibb işçilərimizin olmağı ilə fəxr duyuram. Bu cür tibbi heyət xalqını sevən, ona qayğı göstərən əsl vətəndaşlıqdan əlavə, ən yüksək təltiflərə layıqdirlər. Hörmətli Mirəzim həkim və “VİMAY” tibb mərkəzinin işlərində daim uğurlar arzulayıram.

Hazırladı: Həsənov Ruslan Şamməd oğlu

Tel.: 050-212-43-95