BİA.az İnsan orqanizmində xörək duzunun yığılması allergik immun reaksiyaların inkişafına səbəb olur.
Münhen Texniki Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.
Müşahidələr nəticəsində məlum olub ki, xörək duzunun tərkibində olan natrium xlorid orqanizmdəki T-hüceyrələrə təsir edir. Nəticədə bu hüceyrələr həddindən çox zülal istehsal edir.
Qeyd olunur ki, IL-4 və IL-13 zülalları immunitet üçün vacib olsa da, bunların çoxluğu allergik reaksiyalara da səbəb ola bilər.
Alimlərin fikrincə, T-hüceyrələrə natrium xloridin təsiri aradan qalxdıqda allergik reaksiyalar da azalır.