BİA.az Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Bildirilir ki, 90-SV-091 qeydiyyat nişanlı, Bəxtiyar Əlizadənin idarə etdiyi “Range Rover” markalı minik maşını yolu keçmək istəyən piyadanı vurub. İlkin məlumata görə, təxminən 30-35 yaşlı, adı Xəyal olan həmin piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hazırda faktla bağlı Baş DYP İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırmalar aparılır.