“Son cinayət əməlim sən ola bilərsən” — Rəqsanə jurnalisti TƏHDİD ETDİ – FOTO

714

“Son cinayət əməlim sən ola bilərsən”

Müğənni Rəqsanə ilə jurnalist Ülviyyə Alovlu arasında qalmaqal daha da alovlanıb.

“Ölkə.Az” xəbər verir ki, o, “İnstagram” hesabından Alovlunun “Bütün Bakı borca görə Rəqsanəni axtarır” sözünə cavab verib. Sənətçi jurnalistin onunla gündəmə gəlmək istədiyini bildirib.

“Bəziləri yenə alovlanıb. Deyəcəkdim, ərə get, sakitləş, amma onla əlaqəli deyil artıq. Biriləri uzun illərdir mətbuatda yoxdu, fəaliyyət sıfır, bilmir özünü necə gündəmə gətirsin. Yaddan çıxmısan, bilirəm. Amma mən sehirbaz deyiləm, səni heç mən də gündəmə gətirə bilmərəm.

Vaxtında səni alan olsaydı, Aysun boyda qızın olardı. Özünü uşağımla reklam edirsən. Birdə ki, Azərbaycanda o qədər peşəkar, savadlı media nümayəndələrimiz var ki, şükür Allaha ehtiyacımız olanda işimizi həvalə edə bilirik. Mən halal, əziyyətlə pul qazanıram, amma kimlərsə havayı pul almaq istəyirdi.

O ki qaldı yaşadığım villaya, Cenniferin evində olmağa nə lüzum var, başın çıxmayan internet dünyasında yaşayırıq. Xaricdəki jurnalistlər sənin kimi yatmayıb. Dünyaca məşhur birinin evinin dizaynını öyrənmək sən düşündüyündən daha asandır, vallah. Bir də ki, mənə cinayətkar deyirsən, ehtiyatlı ol, son cinayət əməlim sən ola bilərsən”,- deyə ifaçı qeyd edib.