Dost məclisi faciəylə bitdi — 4 ölü, 6 yaralı

699

Dost məclisi faciəylə bitdi

Noyabrın 17-də Amerikanın Kaliforniya ştatının Frenso şəhərində dost ailələrin bir araya gələrək ət qızardıb, amerikan futboluna baxdıqları zaman bir nəfər naməlum şəxs həyətə girərək ora toplaşanları gülləbarana tutuaraq qətliam törədib. Məclisdə 35-dək insan olub.

“Ölkə.Az” “Lenta”ya istinadən xəbər verir ki, nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Polisin verdiyi xəbərə görə, cinayət törədən şəxs hələik saxlanılmayıb və hazırda hüquq-mühafizə orqanları hadisənin şahidlərindən ifadə alır.

Onu da qeyd edək ki, hadisədən iki gün əvvəl noyabrın 15-də  Kaliforniyanın Santa-Klarita şəhərində 16 yaşlı məktəbli  Nataniel  Berxou oxuduğu məktəbdə şagirdlərə atəş açıb. Nəticədə 5 nəfər yaralanıb və onlardan 2-si ölüb. Hadisəni törədən 16 yaşlı gənc isə polis gəlməmişdən öncə özünü də öldürüb.