Lavrov: “Rusiya NATO ilə dialoq üçün yalvarmayacaq”

1085

Sergey Lavrov

“Rusiya NATO ilə dialoq üçün yalvarmayacaq. Lakin Moskva bu dialoqun davam etməsinin tərəfdarıdır”.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

“Əlbəttə ki, biz NATO ilə normal dialoqun olmasını istəyərdik. Bizim günahımız olmadan, demək olar ki, bütün əməkdaşlıq formaları dondurulub. Hərbçilərin xətti ilə dialoqun kəsilməsi də bizim günahımız deyil. NATO-nun Brüsseldə Şimali Atlantika Alyansındakı Rusiya nümayəndə heyətinə qarşı tədbirlər görməsinin təşəbbüskarı da biz deyilik.

Amma bir daha təkrar edirəm – xarici siyasət doktrinamızda nəzərdə tutulmuş maraqlarımızda olduğu kimi, NATO ilə bərabər qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcəyik”,- deyə Rusiya XİN başçısı Moskvada keçirilən yayılmama üzrə beynəlxalq konfransda çıxışında bildirib.(apa)