Nazirlikdən əhaliyə hava – XƏBƏRDARLIĞI – DİQQƏTLİ OLUN!

751
Xəbər verildiyi kimi bu gündən Azərbaycanda hava şəraiti kəskin dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gündən Bakıda və Abşeron yarımadasında havalar qəfil soyuyub.

Belə ki, oktyabrın 31-də arabir yağış yağacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 11-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 31-də gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi şimal və şərq rayonlarında yağışın intensivləşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 8-11 dərəcə isti təşkil edəcək.

Oktyabrın 31-də Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, küləkli və yağışlı olacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir. Bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Qeyd edək ki, departamentdən vətəndaşlara diqqətli olmaq məsləhət olunur. Küçəyə çıxarkən qalın paltar geyinmək lazımdır. Uşaqlara xüsusi diqqət yetirilməlidir. Yaşlı və uşaqların qidalanmalarına xüsusi nəzarət olunmalıdır.