İmişli sakininin fəryadı – videofakt

858

İmişli rayon sakini Məleykə Gəncalı qızı 6 ildir üz tutmadığı dövlət orqanı qalmayıb, desək heç də yanılmarıq.

Həyat yoldaşını itirən, iki azyaşlı övlad böyüdən, özünün səhhəti tam yerində olmayan (vərəm xəstəliyindən əziyyət çəkir) qadın işləmək qabiliyyəti olmadığından sosial yardım ala bilməsi üçün aidiyyatı orqanlara ərizə toplayıb təqdim etməkdən üzgün düşüb.

Jurnalist araşdırmamız zamanı onun da şahidi olduq ki, Məleykə xanımın qeydiyyatda olduğu ev də qəzalı, yararsız vəziyyətdədir. Burada evin tavanı aralanmış, divarlarda iri çatlar var. Həmin çatlardan yayda evə arzuolunmaz “qonaqlar” (qurd-quş, kərtənkələ və s.), qışda isə yağış-qar, küləyin soyuğu daimi “üzvə” çevrilib.

Xanımın tək istəyi var, övladlarına sahib çıxa bilməsi üçün aiddiyyatı qurumların nümayəndələrinin ona dəstək olması, sahib çıxması.

Mövzunu diqqətdə saxlayacağıq.

Daha ətraflı videomuzda./informasiya-press.com/