Gəncədə ağır qəza: iki tələbə öldü

778

Gəncədə iki minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, şəhərin İsmət Qayıbov küçəsində “VAZ 2106” markalı maşınla “Lada Priora” markalı avtomobilin toqquşması nəticəsində ikinci nəqliyyat vasitəsi ağaca çırpılıb.

Qəza zamanı “Lada”da olan iki nəfər – 2000-ci il təvəllüdlü Bayramlı İkram Arif oğlu və onun yaşıdı Məmmədli Eldar Kərim oğlu ölüb. Bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Vəfat edənlərin tələbə olduğu bildiirilir.

Faktla bağlı araşdırma aparılır.