ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şefer (ABŞ) Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəliblər.
Oxu.Az xəbər verir ki, həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik müşayiət edib.
Həmsədrlər Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüblər.