BİA.az 1 milyard funt-sterlinqə başa gələn yeni stadionunun açılışını edən “Tottenham” mövsümün sonunda heyətində böyük dəyişikliklər edəcək.
London klubu 11 futbolçusunu satmaq qərarına gəlib.
İddiaya görə, “Tottenham”in satmaq istədiyi futbolçulardan biri Kristian Eriksendir. Avropa nəhənglərinin hədəfində olan danimarkalı ulduza indiyədək gələn təklifləri rədd edən klub rəhbərliyi bu dəfə müsbət cavab verəcək.
Baş məşqçi Maurisio Poçettinonun gedişinə icazə verdiyi fubolçular arasında Kevin Tripye, Serj Orye, Danni Rouz və Tobi Alderveyreld də var.
“Tottenham”, həmçinin Vitor Vanyama, Georges-Kevin Nkudu və Fernando Llorente ilə yollarını ayıracaq. Məşqçilər korpusu alternativlər tapacağı halda Erik Lamela və Mussa Sissoko da satışa çıxarılacaq. Bundan başqa icarə əsasında “Fənərbağça” çıxış edən Vinsent Yanssenin də transfer hüququ satılacaq.