“Xaliq Faiqoğlu” bu şirkətə məhkəmədə UDUZDU – Pul qaytarıldı…

915

BİA.az “Paşa Sığorta” ASC “Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC cavabdeh Xaliq Faiqoğlu” MMC-dən subroqasiya qaydasında iddiaçının xeyrinə dəymiş ziyana görə 11816 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasını istəyib.

İddiaçı iş üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianı təmin etmək məqsədilə “Xaliq Faiqoğlu” MMC-nin “Azər-Türk Bank” ASC-də olan bank hesablarındaki pul vəsaitinə iddia tələbi məbləğində həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş edib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə ərizə təmin edilib.

Daha sonra iş üzrə iddiaçı “Paşa Sığorta” ASC-nin nümayəndəsi dəftərxana vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, mübahisələndirilən borc məbləği cavabdeh tərəfindən ödənildiyindən, hazırki iş üzrə icraata xitam verilməsini və ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edib.
İddiaçı “Paşa Sığorta” ASC-nin ərizəsi təmin edilib.

“Paşa Sığorta” ASC-nin cavabdeh “Xaliq Faiqoğlu” MMC-nə qarşı “pul tələbi”nə dair iş üzrə icraata xitam verilib, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ləğv edilib.

İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılıb.

Orxan Həsənli