Mərkəzi Bank uçot dərəcəsini azaltdı

632

BİA.az Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9%-dən 8,75%-ə endirilməsi haqda qərar qəbul edib. 

Bunu AMB-nin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Xatırladaq ki, qurumun rəhbərliyi bu il martın 15-də də faiz dəhlizi parametrlərinin azaldılması haqda qərar qəbul edib. Qərara əsasən, uçot dərəcəsi 9,25%-dən 9%-ə, faiz dəhlizinin yuxarı həddi 11,25%-dən 11%-ə, aşağı həddi isə 7,25%-dən 7%-ə (±2%-lik simmetrik diapazonda) endirilib.

AMB faizlərə növbəti dəfə bu il iyunun 7-də baxacaq.