Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu Üzeyir Kərimov: DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR

145

Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu Üzeyir Kərimov: DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR

Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu Üzeyir Kərimov: 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması ilə bir gündə təsis olunan Ədliyyə Nazirliyi 106 illik tarixi dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən bir orqana çevrilib, səlahiyyətləri isə xeyli genişlənib.
Noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Artıq ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 106 il ötür. Noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Artıq ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 106 il ötür. Ədliyyə Nazirliyinin genişmiqyaslı işi sayəsində ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası təmin olunmuş, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilmiş, binalar qaydaya salınmış, hüquq ədəbiyyatı kitabxanası yaradılmışdır. Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə “ASAN xidmət” mərkəzlərində çalışan ədliyyə işçiləri də Dövlət Agentliyi adından təbrik edilmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edilmişdir.
Ədliyyə Nazirliyinin genişmiqyaslı işi sayəsində ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası təmin olunmuş, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilmiş, binalar qaydaya salınmış, hüquq ədəbiyyatı kitabxanası yaradılmışdır.
Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə “ASAN xidmət” mərkəzlərində çalışan ədliyyə işçiləri də Dövlət Agentliyi adından təbrik edilmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edilmişdir.
Bir sözlə, Ədliyyə Nazirliyi yarandığı gündən zəngin, kəşməkəşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatmış, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilmiş, səlahiyyətləri xeyli genişlənmiş, cəmiyyətdə nüfuzu daha da yüksəlmişdir.
Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Ölkənin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. 1918-ci il may ayının 28-də -Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb. Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayır, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilir, binalar qaydaya salınır və çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilir. Azərbaycan Demokratik Respublikası 1920-ci il aprel ayının 28-də süqut etdikdən sonra Ədliyyə Nazirliyi ləğv edilir və yerinə Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilir. 1959-cu ildə Ədliyyə Komissarlığının yenidən fəaliyyəti dayandırılır və onun səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülür.
Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, Ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmək, əhaliyə hüquqi yardımı yaxşılaşdırmaq, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmək, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr – 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edildi və Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edildi. Bu gün Qanununun aliliyi, insanların qanun qarşısında bərabərliyi məsələsi ədliyyə sisteminin əsas fəaliyyət prinsipini təşkil edir.
Hörmətli Ədliyyə işçiləri!
Sizi 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bu əlamətdar gün hüquq, ədalət və qanunun aliliyinə xidmət edən əzmkarlığınızın və peşəkarlığınızın bayramıdır.
Sizin gündəlik fəaliyyətiniz vətəndaşların hüquqlarının qorunması, qanunların ədalətli tətbiqi və hüquqi sabitliyin təmin olunması baxımından misilsiz əhəmiyyət kəsb edir. Ədliyyə sahəsində göstərdiyiniz sədaqət və prinsipiallıq Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir.
Bu bayram günündə sizə möhkəm can sağlığı, uğurlar və daha yüksək nailiyyətlər diləyirəm. Ədalətin təmin olunması yolunda sərf etdiyiniz zəhmət, vətəndaşların hüquq və ədalətə olan inamını artırmağa davam edəcəkdir.
Peşə bayramınız mübarək olsun!

 

Şahmar Zərdabi

Baş redaktor