AZƏRBAYCAN MÜASİR DÜNYADA: DEMOKRATİK İNKİŞAF YOLU VƏ TARİXİ NAİLİYYƏTLƏR

172

AZƏRBAYCAN MÜASİR DÜNYADA: DEMOKRATİK İNKİŞAF YOLU VƏ TARİXİ NAİLİYYƏTLƏR

XXI yüzillik dünyaya qloballaşma əsri kimi daxil olmuşdur. Yaşadığımız hazırkı dövr dünya ölkələri üçün radikal sosial, iqtisadi, siyasi, mədəni və mənəvi dəyişikliklərlə səciyyələnir. Dövlətlər arasındakı sərhədlərin şəffaflaşması, müxtəlif xalqların bir-birinə inteqrasiya etməsi, ikitərəfli münasibətlərin genişlənməsi və dərinləşməsi müasir dövrümüzün xarakterik cəhətlərindəndir. Çağdaş dünyanın inkişafı prosesində indiki tarixi mərhələnin başlıca meyilləri qloballaşma və iqtisadi, mədəni inteqrasiyadır. Müstəqil Azərbaycan Respublikası da ümumdünya inteqrasiya və qloballaşma cərəyanlarından kənarda qalmamışdır.
Ötən əsrin axırlarında Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə getməyə, dünya ölkələrinə inteqrasiya olunmağa, qloballaşma prosesində fəal iştirak etməyə başladı. Lakin təəssüf ki, gənc müstəqil Azərbaycan dövlətinin istiqlalının elə ilk illərində ona “başçılıq” edən səriştəsiz rəhbərlərin “xidmətləri” sayəsində ölkəmizi bir dövlət kimi məhv olmaq təhlükəsi təhdid edirdi. Daxili və xarici düşmənlərin birgə fəaliyyəti nəticəsində Azərbaycan Respublikası idarəolunmaz vəziyyətə düşmüş, respublikanın ayrı-ayrı hissələrə parçalanması məqsədilə separat hərəkatlar genişlənmiş, cəbhədə Azərbaycan əraziləri bir-birinin ardınca itirilməyə başlamışdı.
1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gələrək ölkəni dünyanın siyasi xəritəsindən silinməkdən, bir dövlət olaraq parçalanmaqdan xilas etdi. Dövlətimizin bütün sahələrində əsaslı islahatlara qədəm qoyuldu və inkişafın əhəmiyyətli faktorlarından biri – daxili ictimai-siyasi sabitlik bərqərar oldu. Dahi rəhbər Heydər Əliyevin çağdaş tariximizə Milli qurtuluş günü kimi daxil olmuş 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi ilə respublikada demokratiyanın, qanunçuluğun, hüquqi dövlət quruculuğunun bünövrəsi qoyuldu. Heydər Əliyevin parlamentə sədr seçilməsindən sonra Milli Məclisdə verdiyi bəyanatda müstəqil dövlətçiliyin inkişaf konsepsiyası və yolları sistemli şəkildə açıqlandı. Bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlandı. Böyük Öndər Heydər Əliyevin 1993-cü ilin iyun-oktyabr ayları və sonrakı dövrdə müstəqil Azərbaycan dövlətinin qorunması və möhkəmləndirilməsi uğrunda mübarizəsi strateji məqsəd daşıyırdı.


Ulu Öndər Heydər Əliyevin ən böyük xidməti ondan ibarətdir ki, O, Azərbaycan dövlətçiliyini qoruyub saxladı. Dövlətçiliyimizin qorunub saxlanılması isə müstəqilliyimizin, azadlığımızın möhkəmlənməsi deməkdir. O vaxtdan keçən müddət ərzində Azərbaycanda həyatın bir sıra sahələrində pozitiv dəyişikliklər, köklü islahatlar aparılmış, ictimai-siyasi sabitlik təmin edilmiş, demokratiyanın inkişafı yolunda mühüm addımlar atılmışdır. Azərbaycan nüfuzlu və etibarlı tərəfdaş, perspektiv imkanları olan bir dövlət kimi dünya dövlətləri birliyinə daxil olmuş və layiqli yerini tutmuşdur.
Hələ 1993-cü il oktyabr ayının 10-da Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə bağlı keçirilən inauqurasiya mərasimində bildirmişdi ki, respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yürüdülməsidir. Bu xarici siyasət, ilk növbədə, dövlətimizin müstəqilliyini təmin etməyə yönəldilməlidir. Ona görə də Heydər Əliyev dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmağı və inkişaf etdirməyi məqsədəuyğun hesab edirdi. Bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmlətmək, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə olunmalıdır (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Birinci kitab. Bakı: Azərnəşr, 1997, s.16).
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq birliyin tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün dönməz inkişaf yolu olaraq seçmişdir. Xalqımız Azərbaycan Respublikasının demokratik inkişafı yolunda böyük tarixi nailiyyətlər qazanmışdır. Respublikamızda həyata keçirilən quruculuq işləri dünyada demokratiya şəraitində yaşayan və irəliləyən dövlətlərin keçdiyi yolun, proseslərin bir hissəsidir. Eyni zamanda, ölkə özünün coğrafi, geostrateji mövqeyi, təbii sərvətləri, əmək ehtiyatları, geosiyasi şəraiti, milli-mənəvi xüsusiyyətləri ilə özünəməxsus keyfiyyətlərə də malikdir. İftixarla qeyd etmək lazımdır ki, respublikamızda əldə edilən nailiyyətlər, uğurlar yalnız onun nəticəsində mümkün olmuşdur ki, dövlətimizin ən mürəkkəb və tarixi dönüş mərhələlərində ona Heydər Əliyev kimi dünya şöhrətli siyasi və dövlət xadimi rəhbərlik etmişdir. Bu böyük şəxsiyyətin dünya şöhrətli adı ilə tarixin elə vacib dövrləri bağlıdır ki, bu dövrləri yalnız xalqın və ölkənin inkişaf erası adlandırmaq lazımdır. Heydər Əliyevin fəaliyyəti bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi sistemin qovuşuğundan keçmiş və bunların hər ikisindən O, bacarıqla istifadə edib respublikamızın hərtərəfli inkişafını təmin etmişdir. Milli ideologiyamızın, milli məfkurəmizin yaradılması Ümummilli lider Heydər Əliyevin tarixi xidməti idi. Onun əsası Azərbaycançılıqdır. Ulu öndər Heydər Əliyev milli ideologiyamızdan – dövlətçilik məfkurəsi olan Azərbaycançılıqdan danışarkən deyirdi: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən Azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir..
Ulu Öndər 1993-cü ildə xalqın təkidi ilə ölkənin siyasi hakimiyyətinə qayıtdıqdan sonra həyatımızın bütün sahələrində köklü və düşünülmüş islahatlara başlanıldı. Məsələn, Heydər Əliyevin rəhbərliyi ilə respublikada hüquqi islahat komissiyası yaradılmasının böyük əhəmiyyəti oldu. Sosial-iqtisadi islahatların həyata keçirilməsinin hüquqi bazasını təşkil edən qanunlar qəbul edildi. “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Notariat haqqında” qanunların, Ailə Məcəlləsi, Mülki, Cinayət, Mülki-prosessual, İnzibati xətalar, Cəzaların icrası, Gömrük və Vergi məcəllələrinin, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və s. qanunların qəbul edilməsi dövlətçiliyin inkişafında, cəmiyyət həyatında hüquqi normaların bərqərar olmasında, hüquqi təminatın inkişafında həlledici əhəmiyyət daşıyır.
Ümummilli liderimizin alternativi olmayan düşünülmüş daxili və xarici siyasəti bu gün Onun siyasi varisi, Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi və davamçısı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu da inkar edilməz faktlarını 44 günlük vətən müharibəsində qalib olduğumuzu təstiqlədi. Dövlətimizin əsaslarının möhkəmlənməsi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz İlham Əliyevin varislik keyfiyyətləri, müdrikliyi, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olmuşdur. Dövlət başçısı varislik, novatorluq və dinamizm prinsiplərinə sadiqdir. Varisliyin dövlət idarəçiliyində prioritet təşkil etməsi ilə bağlı qeyd etməliyik ki, “Cəmiyyətimiz sürətlə qlobal dünyanın bir hissəsinə çevrilir. Bu, sovet dövrünün totalitarizmindən inkişafın demokratik, açıq modelinə keçidin qanunauyğun nəticəsidir. Vətəndaşın hüquq və azadlıqlarının dərəcəsi və səviyyəsi dinamik şəkildə yüksəlir, çünki insan hüquqları sahəsində fəaliyyət iqtisadi, siyasi və digər islahatları demokratikləşdirmək prosesinin, ictimai inkişafın keyfiyyətcə daha yüksək pilləsinə doğru irəliləyişin mühüm tərkib hissəsidir. Şəxsiyyətin hüquq və azadlıqları konsepsiyası təsərrüfat münasibətlərində, sosial və hüquq təsisatlarını demokratikləşdirmək proseslərinin dərinləşdirilməsində, cəmiyyətdə özünüidarənin və özünütənzimləmənin genişləndirilməsində, cəmiyyətin əxlaqi-mənəvi mühitinin təzələnməsində, siyasi mədəniyyətin və hüquq mədəniyyətinin yüksəldilməsində yeni prinsiplərin bərqərar olmasının geniş perspektivləri nəzərə alınmaqla inkişaf edir. Tədricən hakimiyyətin və dövlət idarəçiliyinin varisliyi prioriteti yaranır. Qərb demokratiyası ölkələrinin təcrübəsi sübut edir ki, dövlətçiliyin yeni demokratiya dövlətləri üçün ən məqbul və səmərəli forması hakimiyyətin və dövlət idarəçiliyinin varisliyindədir. Azərbaycanın tərəqqisini və inkişafını yalnız səmərəli dövlətçilik quruluşunun müasir xəttinə varislik təmin edə bilər” (Ramiz Mehdiyev. XXI əsrdə milli dövlətçilik. Bakı: “XXI” – Yeni Nəşrlər Evi, 2003., s.65). Ümummilli lider Heydər Əliyevin alternativi olmayan siyasətinin, strateji və siyasi xəttinin görkəmli şəxsiyyət, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmışdır. Ölkə Prezidenti İlham Əliyevin elmi cəhətdən əsaslandırılmış inkişaf strategiyası nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun sürətli inkişafa malik güclü dövlətinə çevrilmişdir. Tariximizin bu axırıncı mərhələsində son onillik haqlı olaraq İlham Əliyev dövrünün yüksək səviyyəli fəaliyyəti və böyük nailiyyət illəri kimi qəbul olunmuşdur. Böyük Öndər Heydər Əliyevin müdrik siyasətindən və zəngin təcrübəsindən bəhrələnməklə Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halını qaldırmaq və ölkəni yalnız irəli aparmaq – Prezident İlham Əliyevin strateji hədəfi budur. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə hakimiyyətinin ali məqsədi Azərbaycanda demokratik cəmiyyətin, hüquqi dövlətin yaranmasıdır. Ölkədə demokratiyanın inkişafı, vətəndaş cəmiyyətinin bərqərar olması, əsas insan hüquq və azadlıqlarının qorunması, siyasi plüralizmin, söz və ifadə, dini etiqad və vicdan azadlıqlarının təmin olunması İlham Əliyevin çoxtərəfli fəaliyyətinin başlıca prioritetlərini təşkil edir.
Bu gün Azərbaycanın sürətli inkişafı yeni-yeni istiqamətləri əhatə edir və ölkəmizin regionda lider dövlət olduğunu bir daha təsdiqləyir. Son 20 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün statistik göstəricilər bunu bir daha əyani şəkildə təsdiq edir. Ötən illər ərzində bütün dünyada neftin qiyməti kəskin şəkildə aşağı düşsə də, Azərbaycan iqtisadiyyatı təxminən 3 faiz artmışdır. Qeyri-neft sektorunda isə artım 7 faizdir. Qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını çoxşaxəli şəkildə inkişaf etdirməyə və inkişafın dayanıqlılığını təmin etməyə imkan verir. Davos Dünya İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 144 ölkə arasında 38-ci yerə layiq görmüşdür. Azərbaycan iqtisadiyyatı dünyanın rəqabət qabiliyyətli 40 iqtisadiyyatı arasındadır. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələri arasında isə birincidir.
Hazırda düşünülmüş və məqsədyönlü iqtisadi və sosial siyasət nəticəsində əhalinin pul gəlirləri ilbəil artır, ötən il bu gəlirlər 4,8 faiz yüksəlmişdir. Bu isə o deməkdir ki, vətəndaşlarımızın gəlirləri inflyasiyadan 3 dəfə çox olmuş, onların alıcılıq qabiliyyətləri azalmamış, əksinə artmışdır. İnsanların maddi gəlirlərinin artması onların rifah halının yaxşılaşması istiqamətində əhəmiyyətli amildir. İnvestisiyalara gəlincə, 2024-cü ildə ölkə iqtisadiyyatına 30 milyard dollardan çox investisiya qoyulmuşdur. Son illər daxili investisiyalar daha da çoxalmışdır.
Dövlət başçısı İlham Əliyev bu gün müstəqil Azərbaycan dövlətinin qarantı missiyasını daşıyır və bu göstərici Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf sürətinə görə bütün dünyada liderə çevrilməsi faktıdır.
Dövlət başçısı İlham Əliyevin gərgin əməyi, səyləri, qətiyyəti və Ulu Öndərin daxili və xarici siyasətinə əsaslanması nəticəsində bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı davamlı, dinamik xarakter almışdır. Bütün həyatını Azərbaycan xalqına sədaqətlə xidmətə sərf etmiş Ulu Öndər, xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən əsasları yaradılmış və möhkəmləndirilmiş Azərbaycan dövləti getdikcə qüdrətli dövlətə çevrilməkdədir. Tam əminliklə deyə bilərik ki, dövlət və cəmiyyətin həyatında bütün sahələr qabaqcıl dünya standartlarına uyğunlaşdırılır. Ölkədə ən ali dəyərlər – demokratik dəyərlər, əsas insan hüquq və azadlıqları təmin olunur.Qeyd etmək özümüzə borc bilirik, ki Müzəffər Ali Baş Komandan Cənab İlham Heydər oğlunun qətiyyətli qərarının arxasında Azərbaycan əsgəri və xalqı iradə nümayış etdirməsi, bu o deməkdir ki, XALQ-RƏHBƏR birliyi öz sözünü deyir. 30 ildən çox işğal altında qalmış torpaqlarımızın azadlığına birgə nail olduq. Burda Azərbaycan hərbi qulluqçularını xüsusi vurğulamaq lazımdır. Təbii ki, müharibə şəhidsiz olmaz. Bu gün ŞƏHİDLƏRİMİZİN ruhu rahatdır ki, onların qanı tökülmüş torpaqlar bu gün Cənnət Qarabağa çevirilir. Bu xirmətdə Cənab Prezidentimizin və Azərbaycan Respublikasının 1-ci Xanımı Azərbaycan Respublikasının Vitse Prezidenti Mehriban xanım Əliyevanın  gecə-gündüz birgə yorulmaz, danılmaz xidmətlərinin nəticəsidir.
Bu gün mən qürurla deyirəm ki, Prezident İlham Əliyev Azərbaycan xalqının böyük inamına və etibarına arxalanaraq, dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsinin, xalqımızın xoşbəxt həyatının və firavanlığının keşiyində duran qüdrətli şəxsiyyətdir.

“İnsan haqları” jurnalının 
İdarə Heyyətinin sədri
Hümbət Rüstamov

Pdf 03