İmişli rayonunda “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin ilk tədbiri keçirilib.

113

İmişli rayonunda “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin ilk tədbiri keçirilib.

Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihəsinin ilk tədbirini İmişli rayonunda fəaliyyət göstərən Şahmat məktəbində həyata keçirib. ” Siz bizlərdən birisiniz” şüarı altında keçirilən tədbirdə İmişli rayon icra hakimiyyətinin rəsmisi Murad Rzayev, İmişli rayon təhsil şöbəsinin təmsilçisi fiziki məhdudiyyətli uşaqlarla təhsil üzrə mütəxəssis Əsədli Fəridə, Birliyin məsul şəxsləri və fiziki məhdudiyyətli insanlar iştirak ediblər. Tədbiri idarə edən layihə rəhbəri Yasəmən Qəyyumova öncə tədbir iştirakçılarını salamlayıb, daha sonra layihənin məqsəd və ideyası haqqında geniş məlumat verib.
Müxtəlif növ əlillik dərəcəsi alan fiziki məhdudiyyətli şəxslərin cəmiyyətdə düzgün istiqamətdə yönləndirilməsi və onların istəklərinə uyğun mövqelərinin təmin edilməsi üçün xüsusi məlumat verib.
Tədbirdə iştirak edən fiziki məhdudiyyətli şəxslərin təhsilə bağlı suallara açıqlama verən İmişli rayon təhsil şöbəsinin rəsmisi Əsədl Fəridə bu cür uşaqlara fərdi dərslər və yeni yaradılmış inkluziv siniflərdə kimlərin təhsil ala biləcəyi barədə məlumat verib. Bu işlərin həyata keçirilməsində birbaşa iştirakçı olduğunu vurğulayıb.
Birlik sədri və layihənin rəhbəri Yasəmən Qəyyumova tədbir iştirakçılarını bir dinləyib, onların cəmiyyətdən nə gözlədikləri və özlərinə məxsus bacarıqlar ilə cəmiyyətə necə inteqrasiyası ola biləcəkləri barədə sorğu aparıb. Bu sorğuya uyğun hər kəs maraq doğuran fikirlərini bildirib.
Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyatlar süfrəsi açılıb. Xatirə şəkilləri çəkilib.
Fərid Səfərov
Birliyin mətbuat katibi