“Asthetik Lab Vip Style” – Gözəllik və estetik tibb mərkəzi, yoxsa “CİBGİRLƏR”? – FAKT/İDDİA

190

“Asthetik Lab Vip Style” – Gözəllik və estetik tibb mərkəzi, yoxsa “CİBGİRLƏR”? – FAKT/İDDİA

Keçən sayımızda “Asthetik Lab Vip Style” klinikasında vətəndaşın başına gələnləri öz dilindən dərc etdik. Bu barədə “Asthetik Lab Vip Style” klinikasının mövqeyini öyrənmək istədik. Simuzər adlı klinikada fəaliyyət göstərən xanımla telefon əlaqəsi saxladıq. Bu barədə açıqlama verməsini xahiş etsək də, xanım bizi tamami ilə başqa mövqe ilə qarşıladı. Bildirdi ki, “burda mənəm, Bağdadda kor xəlifə”, nə istəyirsiz edin, heç kimdən qorxmuruq, bizim arxamız var.
Hörmətli, Simuzər xanım bildirmək istəyirik ki, “Qanun şahdir, şah qanun deyil”.
“Asthetik Lab Vip Style” klinikasında neqativ halların baş verməsi haqqında daha sonra sizi tanış edəcəyik.
Bizi izləyin.

***
11.06.2024

“Gözəllik qurban tələb edir” deyiblər, amma bu cür də yox.
Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, “12.04.2022-ci il tarixdə “Asthetik Lab Vip Style” klinikasından mobil nömrəmə zəng gəldi ki, güya mənim telefon nömrəm kompaniyaya düşüb. 28 May metrosu yaxınlığındakı filiallarına yaxınlaşdım, üzümə aparatla baxandan sonra dedilər ki, sizin üzünüz uyğundur. 3500 manatlıq proseduru kompaniya olduğu üçün mənə 1200 manata edəcəyini bildirdilər. Azca dərialtə səpkilərim olduğu üçün narahat idim, amma üzümdə başqa heç bir problemim yox idi. Klinikaya 1200 manat ödədim. 19.05.2022-ci il tarixdə soruşdular ki, başqa hansı nahiyədən şikayətin var? Heç bir şikayətim olmadığım halda mənə dedilər ki, güya çənə altı, gözlərim və qaşım aşağı düşüb onu aparat vasitəsi ilə qaldıracağıq, yerinə oturacaq. 2000-dən yuxarı edir, güya mənə endirimlə 800 manata edirlər. Bundan sonra da nəmləndirici prosedur olmalıdır. 02.06.2022-ci il tarixdə məndən 500 manat da nəmləndirici prosedur üçün aldılar. Üzümdə xırda səpkilərim var, lakin heç bir müsbət dəyişiklik olmadı. Əksinə daha da üzümün dərisi bərbad vəziyyətə düşdü. 09.06.2022-ci il tarixdə axırıncı seansım idi, məndən 180 manat aldılar və yerində bu kremləri verdilər ki, güya gecə-gündüz kremi və ilbiz suyu kremi ilə nəmləndir, keçib gedər. Üstündən 3 ay keçdikdən sonra bu prosedurlar üzümü daha da bərbad vəziyyətə saldı. Üzüm səpdi və üz dərim sallanmağa başladı. Buna görə də psixoloji travma aldım, depressiyaya düşdüm. 6-7 ay özümə gələ bilmədim, dəridə qaşıntı və səpkilərim çoxalmağa başladı. Çox narahat idim. Baxmayaraq ki, “Asthetik Lab Vip Style” klinikasına 3000 manat ödəniş etmişdim, lakin üz dərimi bərbad vəziyyətə qiydular. Yenidən başqa həkimə gedərək 3000 manat ödəniş etdim ki, mənim üzümü müalicə etsin, hətta Türkiyəyə belə getdim. Xəstəxanalarda günüm keçdi, qanımı təmizlədilər, sistemlər qoşulandan sonra üzümün dərisi sağalmağa başladı.
Şikayətçi bildirir ki, “Asthetik Lab Vip Style” klinikasında qeyri-peşəkar həkimlər fəaliyyət göstərir. Bu klinikaya güvənmək olmaz deyir”.
Biz də redaksiyamız vasitəsi ilə vətəndaşın şikayətini işıqlandırmaqda məqsədimiz odur ki, aidiyyatı orqanlar klinika haqqında araşdırmalar apararaq ədalətli qərar qəbul etsin.
Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.

Xeberim.info

“Asthetik Lab Vip Style” - Gözəllik və estetik tibb mərkəzi, yoxsa “CİBGİRLƏR”? – FAKT/İDDİA - YENİLƏNİB