Peşəkarlıq və şəxsi keyfiyyətlər – West Product Marketing

704

Peşəkarlıq və şəxsi keyfiyyətlər – West Product Marketing

Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, West Product Marketing şirkətinin direktoru Qamətdin Tağıyev  xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan.

Qamətdin Tağıyev haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla!

Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri–nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

Qamətdin müəllimin məram və məqsədi isə tamamilə fərqlidir.

Dövlət və dövlətçilik naminə!

Xalq və Vətənə naminəvi xidmət!

Qamətdin Tağıyev öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən məmurdur ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Qamətdin müəllim xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Haqqında bəhs etdiyim insan bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Həqiqət budur ki, Zaur müəllim elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Səndən hərəkət, keyfiyyət bir müştəri olaraq məndən halallıq və daimi qarşılılıq. Bu gün bütün dünya bu standartla işləyir. Keyfiyyətli məhsulun qarşılığı olaraq daimi və məmnun müştəri qazanmaq prinsipi ilə. Bu istehsalın ən ümdə devizi və letmotivi olmalıdır. Belə olmasaydı nəsildən-nəsilə keçən brend markaları yaranmaz, ömürləri qısa və unudulan olardı. Bu gün vətənimiz Azərbaycan hər sadə olduğu kimi sahibkarlıq sferasında da böyük inkişaf və intibah dövrünü yaşayır. Biz hər sahədə olduğu kimi sahibkarlıq sahəsində də dünyaya meydan oxumağı bacaran dövlət olduğumuzu sübut etməyə bacardıq. Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan kiçik və böyük sahibkarlıq bir məqsəd və mərama xidmət etməyə başladı. Hər bir başlanan işin mayasında halallıq və sevgi dayanarsa həmin işin sonu işıqlı, ömrü uzun olar.

İslami, dini inancı olan bir dövlət olaraq kolabasa, sosis istehsalı Azərbaycan üçün birmənalı qəbul olunmur. Bu istehsal sahəsi həm böyük məsuliyyət, həm də böyük incəlik tələb edir. Halallıq istehsalın aparıcı xəttinə çevrilməlidi. Azərbaycanda brendə çevrilən bir neçə ət və ət məhsulları istehsalı sənayesi var ki, onlardan birincisi West Product Marketing şirkətidir. İllər öncə fəaliyyətə başlayan, mövcudluğunun qeyd edən bu şirkət bu gün özünün rəqabət meydanında dayanıqlılığının əsas səbəbi olaraq halallıqdan götürdüyü startı bu günə qədər əzmlə davam etdirir. West Product Marketing markası ilə müştərilərinin ağız dadını tutan yağ və yağ məhsulları bu gün ancaq ciblərini doldurmaqla məşğul olan müəmmalı şəraitlərdə “halal” adı ilə bazara çıxarılan keyfiyyətsiz məhsulların qarşısını almaqda böyük inqilab etdi. Ərazisi kiçik, xarakteri böyük olan məmləkətimizdə yaxşının da, pisin də öz adı var. Xalqın dilindən pafos, təmtəraqlı sözlər işlədilmir. Xalq öz ehtiramını bir kəlmə ilə “Yaxşı insan, etirazını pis adam” ifadəsi ilə bildirir. Şirkətin rəhbərliyi – yaxşı insan, xalqın etibarlı adamı olmağı bacardı West Product Marketing şirkətinin direktoru Qamətdin Tağıyev . Özünün əqidəsi, əzmi, zəhmətkeşliyi, vicdanlılığı, mərhəməti, səxavəti, peşəkarlığı və savadı ilə. İlk növbədə onun rəhbərliyi ilə fəaliyyət göstərən West Product Marketing şirkətinin yağ  məhsulları şirkətinin məhsullarının 7-dən 77-yə böyük ləzzətlə, könül rahatlığı ilə alınıb rahatlıqla qida məhsulu olaraq qəbul olunmasıdı. Yağ məhsulları elə bir qida növüdür ki, bu məhsula hər kəsin meyli çəkir. Hamı bu məhsula tələbatlıdı. Bu meyldir, bir damaq dadıdır. Ən böyük həqiqət düzlükdür. Hər işdə düzlük axtaranların vicdanı rahat olar. İnsaf imanın təməlidi. Böyük yola çıxmış bir şirkətin kredosu, vicdanı, halallığı əsas vəzifə meyarı görərək, bundan sonra da xalqını məhsulları ilə sevindirməkdən ibarətdir.

West Product Marketing şirkətinin direktoru Qamətdin Tağıyev  fəaliyyətini bu xətdən başlayıb və əldə etdiklərini də bu yoluna borcludu. Bu yolda Sizə böyük uğurlar və geniş müştəri məmnunluğu, xeyir-duası arzusu ilə…

Şahmar Zərdabi

Baş Redaktor