Bütün yollar bizi Şuşaya, Qarabağa aparır…
“Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.”
Təbii ki, sözügedən yolun xüsusi əhəmiyyəti var. Çünki bu yol bizi uzun illərdir ayrı düşdüyümüz Qarabağımıza, Qarabağımızın tacı olan Şuşamıza aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci infrastruktur layihəsidir. Özü də Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından cəmi 6 gün keçəndən sonra reallaşmasına başlanılan bir layihə.
Məlum olduğu kimi 30 il ərzində işğal altında əsir olan torpaqlarımızda yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri məhv edilmiş, təbii sərvətlər talan olunaraq, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulmuşdur.
2020-ci il sentyabrın 27-də başlanan vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi ilə başa çataraq əzəli torpaqlarımızın tapdaq altında qalmasına, bizim həsrətimizə son qoyularaq, yeni tarix yazıldı.
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayan ölkə başçısı, Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla yolun geniş və rahat olması ilə bağlı xüsusi olaraq tapşırıq vermişdir.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əzmi, torpağı qanı ilə, canı ilə Vətən edən Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi doğma yurdumuzun cənnət guşələrinə uzanan hər bir yolu əhatə edəcək quruculuq işlərinə start verir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısı İlham Əliyevin müəyyən etdiyi strategiya, tövsiyə və tapşırıqlar ilə icra olunan yol infrastruktur layihələri işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında, insanların həyat şəraitinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Yaxşı deyiblər ki, yol həyat, mədəniyyət, inkişaf, rifah, yaxşı güzəran deməkdir. Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa işləri, ilk növbədə, işğal illərində yararsız vəziyyətə düşən yolların yenidən tikilməsi, yol qovşaqlarının qurulması, körpülərin salınması, Zəfər yolunun çəkilməsi ilə başlanıldı. Azad edilən bölgələrin qurulmasında mühüm əhəmiyyət kəsb edən yollar Qarabağa və Şərqi Zəngəzura yeni həyatın qayıtmasından, xoşbəxt gələcəkdən, keçmiş məcburi köçkünlərin arzularından xəbər verir.
Qarabağda və Şərqi Zəngəzurda erməni faşizminin törətdiyi vəhşiliyin həddi-hüdudu bilinmir, mənfur düşmən işğal altında saxladığı bütün yaşayış məntəqələrimizi yerlə-yeksan edib, tarixi irsimizi silməyə cəhd edib. Erməniliyin iç üzü belədir, dağıtmaq, yandırmaq, uçurmaq, azərbaycanlılara qarşı etnik nifrət, deportasiya və soyqırımı törətmək. İki əsrə yaxındır ki, haylar Azərbaycan torpaqlarını erməniləşdirmyə çalışırlar, düşmənin bu xain və kirli niyyəti iflasa uğrayıb, haylar buna nail ola bilməyiblər. Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı daş üstündə qoymayıb. Qarabağda və Şərqi Zəngəzurda şəhərləri sökərək dağıdıblar, evləri uçurublar, yollar sıradan çıxarılıb. Ermənistanın və bütün ermənilərin təbliğatı yalan üzərində qurulub, onların bütün tarixi saxtadır, torpaqlarımızı otuz il işğalda saxlayan, bir milyona yaxın azərbaycanlının haqqını və hüququnu tapdalayan, soyqırımı törədən ermənilik indi Xankəndidəki hayların “hüququnun pozulmasından” dəm vurur. Sadəcə bunun üçün həyasız və idbar olmalısan.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu ərazisində Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinə başlanılıb. Təmir-tikinti işləri Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 61.4 kilometrlik hissəsində həyata keçirilir. III texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metr təşkil edir. Layihə üzrə əsaslı təmir işləri 4 hissədə aparılır. Hazırda yolboyu mövcud asfalt-beton örtüyün kənarlaşdırılması, qazma, tökmə işləri, yol yatağının və yol əsasının tikintisi, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır. İnşaat norma və qaydalarına uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında həyata keçirilən layihənin icrası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Qeyd edək ki, Horadiz-Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Eyni zamanda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına uyğun olaraq respublika əhəmiyyətli Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun yenidən qurulmasına da başlanılıb.
Fərəhli haldır ki, keçmiş məcburi köçkünlərin Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı yeni inşa edilən yollardan başlayıb. Qələbə və Zəfər yolları Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş 300-dən çox kənd və şəhərinə yenidən həyat gətirəcək, firavanlıq, tərəqqi, əmin-amanlıq qarabağlıların və zəngəzurluların taleyində yeni səhifə açacaq.
Ulu öndərin Heydər Əliyevin söylədiyi: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” fikrinin davamı, Prezident İlham Əliyevin başlatdığı yeni tarixin başlanğıcı oldu. Çünki bu yol bizi Qarabağın tacı olan, qəlbimizin döyündüyü Şuşamıza aparır. Şanlı bayrağımızın qürurla dalğalandığı Şuşaya!
Qarşıdan Zəfərimizin 3 illiyi tamam olur. Bu bizim üçün çox qürurverici haldır. Başda Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları olmaqla bütün Azərbaycan xalqını “Zəfər” bayramını təbrik edirəm.
Allah şəhidlərimizə rəhmət eləsin!
Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları!
Yaşasın Azərbaycan şanlı ordusu!
Yaşasın Azərbaycan!
BÜTÜN YOLLAR QARABAĞA APARIR…
Məzahir Səlimov
58 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi
Bizdə redaksiamızın kollektivi adından Məzahir müəllimi və bütün yol tikintisində çalışanları “Zəfər” bayramı münasibəti ilə təbrik edirik.
Şahmar Zərdabi
Baş redaktor